Qonaq Kitabı
GETDİ YAR

Başına dolanım, Ò»arda qalmısan?

İntizar könlümü yolda qoymusan,

Belə məlum olur ki, məndən doymusan.

 

Nəqərat

 

Getdi yar, getdi yar, aldatdı məni,

Yarımın qüssəsi saraltdı məni.

Mən sənə neyləmişdim, zalım balası?

Ürəyimə vurdun xəncər yarası,

O qızı mən sevirəm, vermir anası.

 

Nəqərat

 

Uca dağ başında uca qələmə,

Eşqimiz bənzəyir Əsli-Kərəmə,

Sözümü saxlamışam yarım gələnə.

 

Nəqərat

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info