Qonaq Kitabı
QALALI

Dam üstədir damımız,

Ay gülüm, nanay, ay nananay.

Qoşadır eyvanımız,

Yar, qoşadır eyvanımız.

Sən ordan çıx, mən burdan,

Kor olsun düşmanımız,

Yar, kor olsun düşmanımız.

 

Nəqərat

 

Qız, belin incədir, incə

Ləblərin qönçədir, qönçə.

Bu gün ayın üçüdür,

Ay gülüm, nanay, ay nananay.

Girmə, bostan içidir

Yar, girmə bostan içidir.

Dodaqların qənd, şəkər,

Dilin badam içidir.

Yar, dilin badam içidir.

 

Nəqərat

 

Apar məni bəndə vur,

Ay gülüm, nanay, ay nananay.

Zülfünü kəməndə vur,

Yar, zülfünü kəməndə vur.

Dünya gözələ dönsə,

Mənim gözüm səndədir,

Yar, mənim gözüm səndədir.

 

Nəqərat

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info