Qonaq Kitabı
XUMAR OLDUM

Mən gəlmişəm sizə qonaq,

Ceyran, mənə bax, bax.

Mənə bişir bir qayğanaq,

Ay qız, mənə bax, bax,

Maral, mənə bax, bax.

 

Nəqərat

 

Xumar oldum, xumar oldum, xumar oldum, xumar.

Kətan köynək, nazik bədən,

Gördüm, xumar oldum...

Getdim gördüm, bağda yatıb,

Ay qız, mənə bax, bax.

Qara zülfü gülə batıb,

Ceyran, mənə bax, bax,

Maral, mənə bax, bax.

 

Nəqərat

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info