APARDI SELLƏR SARANI
Arpa çayı aşdı-daşdı, Sel Saranı aldı qaçdı, Ala gözlü, qələm qaşlı.
Nəqərat
Apardı sellər Saranı, Bir alagözlü balanı. Arpa çayı dərin olmaz, Axar suyu sərin olmaz, Sara kimi gəlin olmaz.
Nəqərat
Arpa çayı düşüb oda, Yaradan yetişsin dada! Sarı başmaq üzür suda.
Nəqərat
Sel Saraya oldu yağı, Su bürüdü solu-sağı, Yasa batdı toy otağı.
Nəqərat
Gedin deyin Xançobana, Gəlməsin bu il Muğana, Muğan batıb naÒ»aq qana.
Nəqərat
|
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info