Qonaq Kitabı
AY QIZ, HEYRANIN OLLAM

Bağa girdim üzümə,

Tikan batdı dizimə.

Əyildim çıxartmağa,

Yar sataşdı gözümə.

 

Nəqərat

 

Ay qız, Ò»eyranın ollam,

Ay qız, qurbanın ollam.

Gedərsən yola sallam,

Qalarsan qadan allam.

 

Su atdım yara dəydi,

Əlim divara dəydi.

Dilim-ağzım qurusun,

Nə dedim yara dəydi.

 

Nəqərat

 

Oğlan, Ò»eyranın ollam,

Oğlan, ceyranın ollam.

Gedərsən yola sallam,

Qalarsan qadan allam.

 

Bənövşə deyiləm mən,

Yel vursun əyiləm mən.

Mənə bivəfa demə,

İlqarsız deyiləm mən.

 

Nəqərat 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info