Qonaq Kitabı
QOY GÜLÜM GƏLSİN, AY NƏNƏ

Mən aşiqəm, zirəsən,

Zəfəransan, zirəsən.

O günə qurban olum,

Sən qapıdan girəsən.

 

Nəqərat

 

Qoy gülüm gəlsin, ay nənə!

Qoy yarım gəlsin, ay nənə!

Qapıda duran oğlana

İrəÒ»min gəlsin, nənə.

 

Qarabağın düzü var,

Düzlərində quzu var,

İki könül bir olsa,

Kimin ona sözü var?

 

Nəqərat

 

Arazam, Kürə bəndəm,

Bülbüləm, gülə bəndəm.

Dindirməyin, ağlaram,

Bir şirin dilə bəndəm.

 

Nəqərat

 

 

Kəklik, kəklik gəl ovla məni,

Dağa-daşa sal, qovla məni.

Gecə-gecə al qoynuna yat,

Gündüz-gündüz buxovla məni.

 

Nəqərat

 

Ay gülüm, buxovla məni,

Ay yarım, buxovla məni,

Ay balam, buxovla məni.

 

Kəklik, kəklik daşda nə gəzər?

Qələm, qələm qaşda nə gəzər?

Gözəl, göyçək yarı olanın

Ağlı, Ò»uşu başda nə gəzər?

 

Nəqərat

 

Ay gülüm, qaşda nə gəzər?

Ay yarım, qaşda nə gəzər?

Ay balam, qaşda nə gəzər?

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info