Qonaq Kitabı
A DİLBƏR

Bağa su düşdü neylim,

Ağaclar içdi neylim.

Müjgan oxunu atdın,

Qəlbimdən keçdi neylim.

 

Nəqərat

 

Ay dilbər, can dilbər,

Mən sənə qurban dilbər.

Qızıl gülu dərərəm,

Pəncərəyə sərərəm.

Sən vəfalı yar olsan

Yolunda can verərəm.

 

Nəqərat

 

Ay laçın, can laçın,

Mən sənə qurban laçın.

Ay laçın, can laçın,

Gəl, səni götürüm qaçım.

Qızıl gülu biçmişəm,

Üstündə and içmişəm.

Min gözəlin içindən,

Bircə səni seçmişəm.

 

Nəqərat

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info