Qonaq Kitabı
QUBANIN AĞ ALMASI

Qubanın ağ alması,

Yeməyə var alması,

Yarım gələnə qalıb,

Yaramın sağalması.

 

Nəqərat

 

Ölürəm, ölürəm, yar, yar,

Ölürəm, yar, yar,

Yazığam, yar can!

Ay aman,

Ölürəm, yar, yar,

Ölürəm, yar, yar,

Yazığam, yar can!

Qubadan alma aldım,

Yarıma yola saldım.

Yarım gələnə kimi,

Heyva kimi saraldım.

 

Nəqərat

 

Quba məndən aralı,

Könlüm səndən yaralı.

Mən ki səni sevmişəm

Azərbaycan maralı!

 

Nəqərat

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info