Qonaq Kitabı
ŞEYDA XANIM

Su gəlməz bağa, neylim?!

Dəyməz yarpağa, neylim?

Yarım məndən küsübdür,

Gəlməz otağa, neylim?

 

Nəqərat

 

Amandır Şeyda xanım,

Yavaş get, çıxdı canım,

Sənə qurban bu canım.

İncəsən incidən sən,

Sədəfdən, incidənsən.

Kəsərəm, dilim səni,

Bilsəm yar incidənsən.

 

Nəqərat

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info