Qonaq Kitabı
PƏRİCAN

Bu dağa atılaydım,

Qul olub satılaydım.

Bivəfa yar əlindən,

Öləydim, qurtulaydım.

 

Nəqərat

 

Pəri, pərican, ay pəri!

Gözləri mərcan, ay pəri!

Pəri, pərican, ay pəri,

Mən sənə qurban, ay pəri!

 

Dağ başında sar gedər,

Tərlanı busar gedər,

ZəÒ»ləm qaçar o yardan,

Hər gecə küsər gedər.

 

Nəqərat

 

Dağlar dağımdı mənim,

Qəm oylağımdı mənim.

Dindirmə qan ağlaram,

Yaman çağımdı mənim,

Nəqərat

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info