Qonaq Kitabı
SONA BÜLBÜLLƏR

Evləri köndələn yar,

Sona bülbüllər,

Bizə gül göndərən yar,

Saçı sünbüllər!

Gülün yarpıza dönsün,

Sona bülbüllər.

Bizdən üz döndərən yar,

Saçı sünbüllər!

 

Nəqərat

Elə yar, yar deyirlər,

Heç məni demirlər,

Ay sona bülbüllər!

 

Dəryada gəmim qaldı,

Sona bülbüllər!

Biçmədim zəmim qaldı,

Saçı sünbüllər!

Çox çəkdim yar cəfasın,

Sona bülbüllər!

Mənə də qəmim qaldı,

Saçı sünbüllər!

 

Nəqərat

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info