Qonaq Kitabı
YERİ-YERİ, DAM ÜSTDƏN YERİ

Yeri-yeri dam üstdən yeri,

Ay qız, gəl can üstdən yeri.

Ayaqların ağrısa, gülüm,

Ay gəl, sinəm üstdən yeri.

 

Nəqərat

 

Ay qız Sənəm gülsənəm!

Ayaqların altında,

O torpaq, o daş mənəm.

 

Yeri-yeri, göz üstdən yeri.

Ay canım, göz üstdən yeri.

Ayaqların ağrısa, gülüm,

Ay çıx sinəm üstdən yeri.

 

Nəqərat

 

Yeri-yeri, gül üstdən yeri,

Ay qərənfil üstdən yeri,

Ayaqların ağrısa, gülüm,

Ay lap sinəm üstdən yeri.

 

Nəqərat

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info