Qonaq Kitabı
DARA ZÜLFÜN

Dara zülfün sal gərdana,

Gözlərin bənzər ceyrana,

Telin birini vermərəm,

Şəki, Şirvan, Səlyana.

 

Nəqərat

 

Üzündən mənə maç-maç,

Gözündən mənə maç-maç.

 

Gülgəz yanaqların solmaz,

Axtaran tayını bulmaz,

Sənin kimi gəlin olmaz.

 

Nəqərat

 

Gözü yağı, qaşı kaman,

Gəl eylə dərdimə dərman,

Şirin canım sənə qurban.

 

Nəqərat

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info