Qonaq Kitabı
AY YARIM CAN

Bulaq başı buz olmasın,

Yel əsəndə, toz olmasın,

Aralıxda söz olmasın.

 

Nəqərat

 

Ay yarım can, ay yarım can,

Ay narım can, ay narım can!

 

Bulaq başı güney sarı,

Soyux çəkər qüzey qarı.

Bir busə ver mənə barı.

 

Nəqərat

 

Yağış yağdı, çoyğun əsdi,

Sürçək oldu bulax üstü,

Çiynində qulplu dəsti.

 

Nəqərat

 

Bulaq başı daş olsun,

Xumar gözlər yaş olsun,

Qələmi çək qaş olsun.

 

Nəqərat

 

Bulaq başında çaşır,

Bulağın suyu daşır,

Qolun boynumdan aşır.

 

Nəqərat

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info