Qonaq Kitabı
YAR ÜZÜ XALLI CEYRAN

Yar üzü xallı ceyran, ləbləri ballı ceyran,

Vermərəm öz xalımı, gəlsə yüz əlli ceyran.

Ağ dəvə düzdə qaldı,

Yar üzü xallı ceyran (iki dəfə)

Yükü Təbrizdə qaldı,

Yar üzü xallı ceyran (iki dəfə)

Oğlanı dərdə saldı,

Yar üzü xallı ceyran (ıki dəfə)

Dərmanı bizdə qaldı.

Yar üzü xallı ceyran, ləbləri ballı ceyran,

Vermərəm öz xalımı, gəlsə yüz əlli ceyran.

 

Bülbül kimə naz eylər,

Yar üzü xallı ceyran (iki dəfə)

Hayanda pərvaz eylər,

Yar üzü xallı ceyran (iki dəfə)

Gül ağacın dibində,

Yar üzü xallı ceyran (iki dəfə)

Oğlan qıza göz eylər,

Yar üzü xallı ceyran, ləbləri ballı ceyran,

Vermərəm öz xalımı, gəlsə yüz əlli ceyran.

 

Bulaq başı toz olar,

Yar üzü xallı ceyran (iki dəfə)

Üstü dolu qız olar,

Yar üzü xallı ceyran (iki dəfə)

Əyil dəsmalın götür,

Yar üzü xallı ceyran (iki dəfə)

Mən götürsəm söz olar.

Yar üzü xallı ceyran, ləbləri ballı ceyran,

Vermərəm öz yarımı, gəlsə yüz əlli ceyran.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info