Qonaq Kitabı
GİRDİM YARIN BAĞÇASINA

Girdim yarın bağçasına, çiçəklər açmış,

O yar mənim ürəyimə yaralar sancmış.

Girdim yarın dəryasına, gəmim olmadı,

Gənc yaşımda bir yar sevdim, mənim olmadı.

Gəl, gəl, gəl, maralım gəl,

Gəl, ceyranım, gəl, gəl!

Əgər qismətim olarsa,

Alaram səni.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info