Qonaq Kitabı
GET, AY BATANDAN SORA GƏL

Başına döndüyüm Quba ceyranı,

Olum ala gözlərinin qurbanı,

Hər nə desən məndə vardır dərmanı.

Get, ay batandan sora gəl, ay oğlan!

Anam yatandan sora gəl, ay oğlan!

 

Bizim elin bağçası var, barı var,

Bağçasında Ò»eyvası var, narı var,

Bizim evdə bir imansız qarı var,

Get, ay batandan sora gəl, ay oğlan!

Ellər yatandan sora gəl, ay oğlan!

 

Dünən gecə vədə verdin, gəlmədin,

Ürəyində olan sirri bilmədin,

Bir doyunca danışmadın, gülmədin,

Get, ay batandan sora gəl, ay oğlan!

Anam yatandan sora gəl, ay oğlan!

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info