Qonaq Kitabı
ƏMİM OĞLU

Gedin deyin xoruza, əmim oğlu,

Göydə aydır firuzə, əmim oğlu,

Bu gecə banlamasın, əmim oğlu,

Qonaq gələcək bizə, əmim oğlu.

 

Gedin deyin laçına, əmim oğlu,

Bəzək vursun saçına, əmim oğlu,

Üç il var nişanlıyıq, əmim oğlu,

Bəs toy qaldı Ò»açana, əmim oğlu.

 

Gedin deyin əmimə, əmim oğlu,

Qalsın dərdi-qəmimə, əmim oğlu,

Nə vaxt yelkən çəkərsən, əmim oğlu,

Getmək üçün gəmimə, əmim oğlu.

 

Gedin deyin söyüdə, əmim oğlu,

EÒ»tiyac yox öyüdə, əmim oğlu,

EÒ»tiyac bir ondadır, əmim oğlu.

İkimizi böyüdə, əmim oğlu.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info