Qonaq Kitabı
QARA GİLƏ

Gəlmişəm otağına oyadam səni,

Qara gilə, oyadam səni.

Nə gözəl xalq eləmiş yaradan səni,

Qara gilə, yaradan səni.

Göturüb mən qaçaram aradan səni,

Qara gilə, aradan səni.

Qızıl gül əsdi,

Səbrimi kəsdi.

Sil gözün yaşın, qara gilə,

Ağlama bəsdi.

 

Təbrizin küçələri dolanbadolan,

Qara gilə, dolanbadolan.

Əgər məni sevmirsən, get ayrı dolan,

Qara gilə, get ayrı dolan.

Nə mənə qız qəÒ»ətdir, nə sənə oğlan,

Qara gilə, nə sənə oğlan,

Ay gözəl oğlan,

Getmə bir dayan!   

Sevirəm səni, qara gilə,

Eşqimə inan.

 

Evimizin qabağı su gələn arxdı,

Qara gilə, su gələn arxdı.

Durum çıxım eyvana, yar gələn vaxtdı,

Qara gilə, yar gələn vaxtdı,

Yarım gəlib çıxmayır ovqatım talxdı,

Qara gilə, ovqatım talxdı.

Dərbənd aralı,

Könlüm yaralı.

Bir yar sevmişəm, qara gilə,

Ellər maralı.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info