Qonaq Kitabı
UCA DAĞ BAŞINDA

Uça dağlar başında ceyran balalar,

Ceyranın balasını ovçu yaralar,

Mən yardan ayrılsam əğyar kam alar.

Ağaç olaydım,

Yolda duraydım,

Sən gedən yola,

Kölgə salaydım.

Yeri, yeri, mən də gəlim dalınca,

Dəsmal elə apar məni yanınca.

 

Vətənim səfalıdır, dağdır, meşədir,

Sevgilimin qəlbi safdır, sanki şişədir,

Ondan ayrı yaşamaq çətin peşədir.

Miz üstə nardır,

Dəymədim qaldı.

Ona əl vurma,

O yadigardır.

Yeri, yeri mən də gəlim dalınca,

Dəsmal elə apar məni yanınca.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info