Qonaq Kitabı
AY LƏLİ

Pəncərənin milləri, ay ləli qurbanın olum,

Açılıb qızıl gülləri, ay ləli, yar ləli.

Yar ləli, yar ləli...

Oğlanı yoldan eylər, ay ləli, qurbanın olum,

Qızın şirin dilləri, ay ləli, yar ləli,

Yar ləli, yar ləli...

 

Pəncərəni bağlama, ay ləli, qurbanın olum,

Mən gedirəm ağlama, yar ləli, yar ləli.

Yar ləli, yar ləli...

Gedib yenə gələrəm, ay ləli, qurbanın olum,

Özgəyə bel bağlama, ay ləli, yar ləli,

Yar ləli, yar ləli...



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info