Qonaq Kitabı
QADAN ALIM

Araz axır qıyqacı,

Ay qız, ay qız, ay qız, amandır,

Budu gəlir cüt bacı,

Qadan alım.

Biri mənim sevgilim,

Ay qız, ay qız, ay qız, amandır!

Biri onun dilmacı,

Qadan alım!

 

Arazı ayırdılar,

Ay qız, ay qız, ay qız, amandır,

Su ilə doyurdular,

Qadan alım.

Mən səndən ayrılmazdım,

Ay qız, ay qız, ay qız, amandır!

Zülmlə ayırdılar,

Qadan alım.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info