Qonaq Kitabı
AZƏRBAYCAN MARALI

Gəzmə məndən aralı,

Könlüm səndən yaralı,

Gözlərinə Ò»eyranam,

Azərbaycan maralı.

Sən bulaq üstə gələndə,

Qıyğacı baxıb güləndə.

Aldın səbrü-qərarım,

Azərbaycan maralı.

 

Mən qurbanam gözlərə,

Şirin-şirin sözlərə.

Bir qonaq gəl bizlərə,

Azərbaycan maralı.

 

O günə qurban kəsərəm,  

Gəlməsən səndən küsərəm.

Gəzərəm səndən aralı,

Azərbaycan maralı.

 

Gedək Qırxqız yaylağına,

Maral-cüyür oylağına.

Enək İsa bulağına,

Azərbaycan maralı.

 

Turş su olsun yaylağımız,

Gözəl Şuşa oylağımız,

Sən olaydın qonağımız,

Azərbaycan maralı.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info