Qonaq Kitabı
KEÇMƏ MƏNDƏN

Əzizim səfa gəldin

Xoş gəldin, səfa gəldin.

Nə mən öldüm qurtardım,

Nə sən insafa gəldin.

 

Əzizim, ceşmə məndən,

Çay məndən, çeşmə məndən

İnanma yad sözünə,

Cavanam, keçmə məndən

 

Əzizim, oturmaram,

Haqq-say itirmərəm.

Dünyanı qız bürüsə,

Səndən əl götürmərəm.

 

Əzizim, daş qoymuşam,

Qaş üstə qaş qoymuşam,

Ölləm, səndən dönmərəm.

Yolunda baş qoymuşam.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info