Qonaq Kitabı
SONA XANIM

Sona xanım, çıx eyvana,

Bir bax bu gözəl oğlana.

Doğrusun söylə mərdana,

Hüsnü, cəmalı yaxşıdır.

 

Bu oğlanı mən görmüşəm,

Onu çoxdandır sevmişəm,

Adını söyləsəm: Qəşəm,

Ağ üzdə xalı yaxşıdır.

 

Altında var bir göy atı,

Pələng kimi addım atı,

Bir anda mənzilə çatı,

Quyruğu, yalı yaxşıdır.

 

Evlərinə getdim qonaq,

Anası açdı əl-ayaq,

Gətirdi bal, yağ, qayğanaq,

Dövləti, malı yaxşıdır.

 

Atama sirrim açaram,

Deməsən ölləm, açaram,

Verməz, qoşullam qaçaram,

Otağı, zalı yaxşıdır.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info