Qonaq Kitabı
YADIMA SƏN DÜŞƏNDƏ

Dağlara çən düşəndə,

Sünbülə dən düşəndə,

RuÒ»um bədəndən oynar,

Yadıma sən düşəndə.

 

Bu qala daşlı qala,

Torpağı daşlı qala,

Qorxuram cavan öləm,

Yar gözü yaşlı qala.

 

Yönümü dağa verrəm,

Dağa qadağa verrəm,

Bilsəm ki, sən gəlmirsən,

Canım sadağa verrəm.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info