Qonaq Kitabı
MOLLANIN YORĞANI

Molla Nəsrəddin evdə yatdığı zaman gecə yarısı küçədə Ò»ay-küy eşidir. O, tez yorğanına bürünüb küçəyə çıxır. Bu vaxt qaçÒ»aqaç düşüb adamlar qarışır bir-birinə. Bu qaçÒ»aqaçda Mollanın yorğanını çiynindən çəkib aparırlar. Yorğan gedən kimi səs-küy kəsilir.

Molla soyuqdan titrəyə-titrəyə evə qayıdır. Arvadı soruşur:

- Ay kişi, küçədə nə xəbər var? Dava nə üstə imiş?

Molla başını bulaya-bulaya arvadına cavab verir:

- Heç, elə bir şey yoxdur, bu Ò»ay-küy bizim yorğanın üstündə imiş. Yorğan getdi, Ò»ay-küy də kəsildi.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info