Qonaq Kitabı
NƏ DƏ CÜMƏ GÜNÜ

Molla Nəsrəddin bir boyaqxana dükanı açıb boyaqçılıq eləməyə başlayır. Bir gün birisi paltarlıq şal gətirib deyir:

- Molla, bunu boya.

- Nə rəngə boyayım?

- Elə rəngə boya ki, ondan dünyada olmasın.

- Necə yəni «dünyada olmasın?»       

- Yəni  nə qırmızı olsun,  nə qara,  nə göy, nə yaşıl, nə sarı, nə də ki ağ olsun. Aydındırmı?

- Kefin istədiyi kimi boyayaram.

- Yaxşı, nə vaxt gəlim aparım?

- Elə gün gəl ki, nə şənbə olsun, nə bazar, nə bazar ertəsi, nə tək, nə çərşənbə, nə cümə axşamı, nə də çumə günü.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info