Qonaq Kitabı
EŞŞƏYƏ İNANIRSAN

Qonşularından biri Mollanın yanına gələrək deyir:

- Molla, eşşəyini ver, dəyirmana bir çuval buğda aparım.

- Başın üçün eşşək evdə deyil, uşaq dəyirmana buğda aparıb.

Elə Mollanın sözü qurtarmamış tövlədə eşşək anqırır. Bunu eşidən qonşu deyir:

- Molla, qonşuluqda ayıb deyil?  Eşşək tövlədə ola-ola niyə mənə yalan deyirsən?

Molla Ò»irsli cavab verir:

- Ayıb sənə olsun, mən boyda ağsaqqal kişinin sözünə inanmırsan, tövlədəki eşşəyə inanırsan.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info