Qonaq Kitabı
GƏRƏK BİR ADAM ALA

Mollanın eşşəyi itir. O and içir eşşəyi tapan kimi bir manata satacaq ki, ürəyi soyusun. Ertəsi günü eşşək tapılır, Mollanın belə and içdiyini eşidən bir nəfər ona deyir:

- Ya gərək sabaÒ» eşşəyi bazara aparıb bir manata satasan, ya da səni Ò»ər yerdə biabır edəcəyik ki, andına əməl etmirsən.

Molla bir az düşünüb axırda bir pişik tutur, Ò»əmin pişiyi bir iplə eşşəyin boynuna bağlayıb çıxarır bazara.

Eşşəyi almaq istəyənlər qiymətini soruşduqda Molla deyir:

- Eşşəyin qiyməti bir manat, pişiyin isə yüz manat, bu şərtlə ki, gərək ikisini də bir adam ala.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info