Qonaq Kitabı
EVİ DÜZƏLDƏRİK

Molla Nəsrəddinin tənbəl bir eşşəyi olur. O, bu eşşəkdən yaxasını qurtarmaq üçün onu bazara aparır, satmaq üçün bir dəllala verir. Dəllal başlayır eşşəyi müştərilərə tərifləməyə:

- Eşşək, nə eşşək... Tükü məxmər, incə kəmər, üzü qəmər, yerişi at, üstündə yat, belinə min, mənzilə çat...

Dəllalın bu tərifini eşidən Molla öz-özünə deyir:

- Yaxşı, mənə nə olub ki, belə bir tərifə layiq eşşəyi özgəsinə satım. Hazır elə özüm alaram da!

Bunu deyib dəllala yaxınlaşır; eşşəyi tapşırdığı qiymətdən də bir qədər yuxarı alıb evə gətirir. Arvad bunu görüb Molladan soruşur:

- Ay kişi, bəs niyə satmadın?

- Arvad, eşşək yaman əlimizdən çıxacaqdı, - deyib  əÒ»valatı ona danışır.

Arvad Mollanın bu işinə sevinərək deyir:

- Ay kişi, mən də bu gün qaymaqsatanı aldatmışam.

- Necə?

- Gördüm qapıya qaymaqsatan gəlib. Yarım girvənkə qaymağın pulunu verdim, qaymaqçı tərəzinin bir gözünə yarım girvənkəlik daş qoydu, bir gözünə də qaymaq. Qaymaqsatanın başı qarışıq olanda mən qızıl qolbağımı açıb atdım tərəzinin daş olan gözünə. O da bunu Ò»eç görmədi, qaymağı çəkib qabı lap ağzınacan doldurdu. Mən fürsəti əldən verməyib qaymağı tez götürdüm, qaçdım evə.

- Qolbaq necə oldu? - deyə Molla təəccüblə soruşur.

- Qolbağı görmədi ki, görsəydi Ò»eç o qədər qaymağı verərdimi? Elə tərəzi qarışıq qoydu torbasına, çıxıb getdi.

- Afərin, arvad, beləcə çalışsaq, sən içəridən, mən də çöldən, bu evi düzəldərik.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info