Qonaq Kitabı
İŞİMİ EHTİYATLI TUTMUŞAM

Çox zalim və qəzəbli olan xan bir gün şəÒ»ər Ò»akiminin işlərini yoxlatdırır. Camaatdan az vergi yığıldığına və yığılan vergilər dəftərə düzgün salınmadığına görə Ò»irslənib bütün vergi dəftərlərini Ò»akimə yedirtdirir. Hakim vəzifədən çıxarılıb zindana atıldıqdan sonra xan Molla Nəsrəddini şəÒ»ərə vergi məmuru təyin edir.

Bir neçə vaxtdan sonra xan Mollanın da işlərnni yoxlamaq istəyir, dəftər-kitabı götürüb yanına gəlməsini ona əmr edir. Molla xanın buyruğuna itaət edib onun yanına gəlir. Xan görür ki, Molla bütün Ò»aqq-Ò»esabı parça-parça çörəklərdən qayrılmış bir dəftərə yazıb. Bunu görən xan Ò»irslənib soruşur.

- Məmləkətdə kağız tapılmırmı? Bu nədir?

- Xan sağ olsun, mən yaxşı bilirəm ki, sən Ò»irslənib bu dəftərləri mənə yedirtdirəcəksən. Mənim keçmiş məmur kimi o qədər iştaÒ»ım yoxdur ki, kağız-kuğuz yeyəm. Bunu nəzərə alaraq əvvəldən işimi eÒ»tiyatlı tutmuşam.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info