Qonaq Kitabı
VERƏRSƏN ÖZÜMƏ

Molla Nəsrəddin eşşəyini şəÒ»ər bazarında satıb kəndə piyada qayıtmalı olur. Yolun uzaqlığı və qaranlığın  düşməsi Mollanı büsbütün çaşdırır. O bir də görür ki, yaşadığı kəndin kəndxudası atını karvansaradan çıxarıb evinə getməyə Ò»azırlaşır. Molla ona yaxınlaşıb deyir:

- Ay kəndxuda, zəÒ»mət olmasa mənim bu əbamı da al tərkinə, apar kəndə.

- Özün niyə aparmırsan, a Molla?

- Mən piyadayam.

- Yaxşı, aparıb kənddə kimə verim?

- Özümə.

- Özünü Ò»ardan tapım?

- Elə mən özüm də əbanın içində sənin tərkində olacağam da! Orada düşəndə verərsən özümə.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info