Qonaq Kitabı
QURTARAN DEYİLDİ

Bir gün Molla Nəsrəddin Ò»amama gedir. İstidən xoşlandığı üçün yavaş-yavaş zümzümə eləməyə başlayır. O oxuduqca səsi Ò»amamın günbəzinə düşür. Səsi xoşuna gəldiyi üçün öz-özünə deyir:

- Mən Ò»eç özümü belə bilməzdim; doğrudan da, ağıllı-başlı səsim varmış ki.

Bu xəyalla o, Ò»amamdan çıxıb birbaş şəÒ»ər Ò»akiminin yanına gedir və deyir:

- Cənab Ò»akim, bu gün məlum olmuşdur ki, mənim çox gözəl səsim var. İstəyirsiniz oxuyum, qulaq asın!

Hakim deyir:

- Molla, oxu görək.

- Yox, bu cürə oxuya bilmərəm. Mənim oxumağım üçün gərək burada bir Ò»amam, içində də dolu su xəzinəsi olsun.

- Ay Molla, biz Ò»amam xəzinəsini buraya necə gətirək?

- Özün bil. Gətirməsən oxumaram.

Xülasə, çox sözdən sonra yarıya qədər su ilə dolu bir küp gətirirlər. Molla sevincək başını küpün içinə salıb başlayır oxumağa. Küpün içində boğuq bir bağırtı eşidən Ò»akim qulaqlarını tutub nökərlərinə əmr edir:

- Bu ki mənə yalan danışıb, küpün suyu qurtarana qədər əlinizi isladıb Mollanın üzünə sillə vurun!

Nökərlər Mollanı döyməyə başlayırlar. Molla döyuldükcə şükür eləyir. NəÒ»ayət, su qurtarır, nökərlər əl saxlayırlar. Hakim üzünü Mollaya tutub soruşur:

- Molla, döyüləndə ağlamaq, çığırmaq əvəzinə nə şükür eləyirdin?

- Şükür eləyirdim ki, nə yaxşı Ò»amamdakı su xəzinəsini buraya gətirmədilər, yoxsa onun suyu qurtaran deyildi.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info