Qonaq Kitabı
SƏHV YAĞ KÜPƏSİNDƏDİR

Molla Nəsrəddinin bir qazıya işi düşür. Ruşvətxor qazı Mollanın işini aylarla süründürür. Axırda Molla görür ki, qazı rüşvətsiz bunun işini düzəltməyəcəkdir. Molla gedib bazardan bir iri küpə alır, evdə küpənin içini sarı palçıqla doldurur, üstünə iki barmaq qalınlığında yaxşı inək yağı töküb qazıya aparır. Qazı yağı görcək ağzı sulanır ki, lazım olan kağızı o saat yazıb, Mollanı Ò»örmətlə yola salır.

Molla kağızı alıb getdikdən sonra qazı küpəni boşaltmaq istəyir. Bir də nə görür! İki barmaq qalınlığında yağın altından sapsarı palçıq çıxdı. Bunu görən qazı Ò»irslənib Ò»əmin saat Mollanın dalınca adam göndərir. Molla təkrar qazının yanına qayıtmalı olur. Qazı Mollanı görüb deyir:

- Molla, o kağızı ver görüm, orada  kiçik bir səÒ»v var, düzəltmək istəyirəm.

Molla cavabında deyir:

- Cənab qazı, zəÒ»mət çəkməyin!.. Mən kağıza baxmışam. Səhv kağızda deyil, yağ küpəsindədir.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info