Qonaq Kitabı
YA EŞŞƏK ÖLƏR, YA XAN

Bir gün xana bir eşşək bağışlayırlar. Xan Molla Nəsrəddini yanına çağırıb deyir:

- Molla, bu eşşəyi mən neyləyim?

Yoxsullaşmış Molla xanın bu sualından bir işıq yolu Ò»iss edib tez cavab verir:

- Xan sağ olsun, bu eşşək çox ağıllı Ò»eyvana oxşayır. Əgər onu mənə versəniz, mən ona danışmaq öyrədərəm.

Mollanın sözündən maraqlanan xan deyir:

- Yaxşı, verərəm. Şərtini de görüm.

- Şərti bir az ağırdır. Bu iş çox zəÒ»mətlidir. Gərək mənə beş il möÒ»lət verəsən, min qızıl da pul.

Xan Mollanın şərtilə razılaşır. Molla da pulu alıb, eşşəyin noxtasından darta-darta evinə gətirir. Mollanın arvadı bunu görüb soruşur:

- Ay Molla, bu nədir, xeyir ola?

- Heç səsini çıxartma, arvad, bu pulları xərclə, görək başımıza nə gələr, - deyib əÒ»valatı arvadına danışır.

- Ay Molla, yəqin sənin başına Ò»ava gəlib... Eşşək də danışarmı?..

- Əlbəttə, eşşək danışmaz. Amma onu gərək danışdırasan.

- Bəs indi ki danışmaz, niyə boynuna götürübsən?

- Necə yəni niyə? Zarafat deyil, gör nə qədər pul almişam.

- Yaxşı, bəs beş ildən sonra vədə tamam olanda xana nə cavab verəcəksən?

Molla bir az fikirləşib deyir:

- Heç fikir eləmə, arvad! Bu pulları götür, bol-bol xərclə, vaxt başa gələnə qədər ya eşşək ölər, ya da ki xan.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info