Qonaq Kitabı
DƏVƏ HANDA, XƏLBİR HANDA

Molla bir arvaddan yüz manat əl borcu pul alır. İl tamamında arvad gedib molladan pulunu istəyir. Molla deyir:

- Dəvə Ò»anda, xəlbir Ò»anda. Mən sənə borclu deyiləm...

Arvad əl çəkmir. Axırda xəlifənin yanına şikayətə getməli olurlar. Yolda BəÒ»lula rast gəlirlər:

- Hara gedirsiniz?

Bütün əÒ»valatı BəÒ»lula nağıl edirlər. BəÒ»lul mollaya deyir:

- Görürsənmi o dağı? O dağın ətəyində bir mağara var.

Mağazanın icində qırx otaq var. Bu otaqların birində qızıl, birində ləl, birində cəvaÒ»ir, birində də bilmirəm nə var... Gözünü niyə bu yetim-yesirin malına dikmisən? Get, nə qədər istəyirsən götür.

Molla bu sözləri eşidən kimi tamaÒ» ona güc gəlir, arvadın yüz manatını verib deyir:

- Al pulunu, rədd ol get.

Molla dağa tərəf getməyə başlayanda BəÒ»lul qarğı atına bir qamçı çəkib, «tamaÒ»», - deyə gözdən itir. Arvad da pulunu götürüb BəÒ»lula dua eləyə-eləyə evinə gedir. Molla dağın ətəyinə gedib dolanır, kor-peşiman evinə qayıdır.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info