Qonaq Kitabı
ŞƏRTİ BELƏ KƏSƏRLƏR

Bir kişi balaca bir uşaq tapıb saxlayır. Uşaq bir az böyüyür. Bir tacir gəlib deyir:

- Bu uşaq məşnimdi, balaca vaxtdan itirmişəm.

Kişi uşağı vermir. Onlar padşaÒ»a şikayətə gedirlər. PadşaÒ» şikayətə baxmaqda çətinlik çəkib deyir:

- SabaÒ» gələrsiz.

Bunlar da çıxıb gedirlər.

Bir nəfər də başqa yerdən bu şəÒ»ərə gəlirmiş. Yolda bir piyada adama rast gəlir, onu tərkinə alıb şəÒ»ərə aparır. Yerə düşəndə tərkə minən deyir ki, at mənimdi. At saÒ»ibi nə qədər deyirsə, olmur, tərkə minən qarayaxa olub yapışır ki, at mənimdir. Axırda  bunlar da padşaÒ»ın yaınna şikayətə gedirlər.

PadşaÒ» bunların da şərini kəsə bilməyib deyir:

- SabaÒ» gələrsiniz.

Bunlar da çıxıb gedirlər.

Bir qəssab da ağacın üstünə bir kisə qızıl qoyur ki, işi qurtaranda evə aparsın. Bir tacir gəlib pulu götürür, deyir:

- Bu mənimdi.

Dava-dalaş, bunlar da padşaÒ»ın yanına gedirlər. PadşaÒ» bunların da şərini kəsə bilməyib deyir:

- SabaÒ» gələrsiniz.

SəÒ»ər açılır. BəÒ»lul da gəlib çıxır. BəÒ»lul görür ki, padşaÒ» bunların şərini kəsə bilmir, deyir:

- İzin ver, bunların şərini mən kəsim.

PadşaÒ» izin verir. BəÒ»lul tərkə minəni atın yanına göndərir. At Ò»eç dinmir. At saÒ»ibini atın yanına göndərir. At onu görən kimi kişnəyir. BəÒ»lul at saÒ»ibinə deyir:

At sənindi. Götür get.

BəÒ»lul uşağı çağırıb deyir:

- Bala, atan kimdi?

Uşaq onu saxlayanı göstərib deyir:

- Əmi, atam budu.

BəÒ»lul uşağı qabaqca tapana verib deyir:

- Uşaq sənindi, götür apar evinə.

BəÒ»lul qızılı suya salandan sonra qəssaba deyir:

- Qızıl sənindi, götür get.

PadşaÒ» BəÒ»lulun şərt kəsməsindən razı qalıb deyir:

- Aydınlaşdır görüm, bu nə cür şərt kəsmək idi?

BəÒ»lul deyir:

- At ancaq yiyəsini görəndə kişnəyib arpa-saman istər. Uşağı da kim saxlayıb böyütsə, atası odur. Qızılı suya saldım ona görə ki, qəssabın əli yağlıdı, suya qızıldan yağ çıxsa, deməli, onundu. Elə də oldu.

PadşaÒ» BəÒ»lula «afərin» söyləyir.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info