Qonaq Kitabı
XEYİR VERƏNƏ XEYİR, ZƏRƏR VERƏNƏ ZƏRƏR

PadşaÒ» şikara çıxmaq istəyəndə BəÒ»lul ona bərkdən gülür. PadşaÒ»ın ona acığı tutur. Əmr edir ki, onu öldürsünlər. Kim öldürsün? Heç kəs. Cəllad da BəÒ»lulu öldürməyi boynuna götürmür. Bir arvad padşaÒ»a xəlvətcə deyir:

- Mən ona zəÒ»ər verib öldürərəm, Ò»eç kəs də bilməz.

PadşaÒ» arvada afərin söyləyib, yalandan BəÒ»lula da:

- Səni öldürmədim, günaÒ»ından keçdim, - deyir.

PadşaÒ» şikara gedir. Qadın zəÒ»ərlə un yoğurub üç çörək bişirir. Çörəkləri gətirib BəÒ»lula verib deyir:

- BəÒ»lul, nəzir eləmişəm, al bu yağlı çörəkləri, yeyərsən.

BəÒ»lul çörəkləri alıb deyir:

- AllaÒ» xeyir verənə xeyir versin, zərər verəni bəlaya salsın.

BəÒ»lul çörəyi aparıb bir kənarda, göy otun üstünə qoyur. Bu zaman üç adam gəlib ondan çörək istəyir. BəÒ»lul çörəkləri onlara göstərib deyir:

- Bir arvad nəzir verib. Görün, zərər çəkməzsiniz, yeyin.

Adam da çörəkdən zərər çəkərmi? - deyib çörəyi yeməyə başlayırlar. Çox keçmir, Ò»ər üçü partlayıb ölür.

BəÒ»lul evə gələndə çörək verən arvad ondan soruşur:

- BəÒ»lul Danəndə, çörəyi yedinmi?

BəÒ»lul cavab verir:

- Yemədim, yedilər, yatdılar.

Gedib baxırlar ki, ölən adamlardan biri arvadın əri, biri qardaşı, biri də qaynı imiş.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info