Qonaq Kitabı
BİŞMİŞ YUMURTADAN CÜCƏ ÇIXIR, BİŞMİŞ BUĞDA BİTMİR?

Bir kişi yolla gedirdi. Yolda bir qarıya rast gəldi. Kişi bərk acmışdı. Qarıya dedi:

- Qarı nənə, mənə beş yumurta bişir, pulu ilə ver.

Qarı beş yumurta bişirib, ona verdi, ancaq Ò»ələ pulunu almadı. Kişi çörəyini yeyib, üç illik səfərə çıxdı. Kişi üç il ölkələri, şəÒ»ərləri gəzəndən sonra geri qayıdıb, yenə də qarının yanına gəldi. Kişi qarıya dedi:

- Qarı nənə, mənə beş yumurta bişir ver.

Qarı dedi:

- Keçən yumurtaların pulunu ver, sonra bişirim.

Kişi dedi:

- Baş üstə. Keçən dəfə özün almadın.

Kişi vermək istəyəndə qarı dedi:

- Sən məndən beş yumurta almısan. Bu beş yumurtanı toyuğun altına qoymusan, beş cücə çıxardıb. Sonra bu cücələr böyüyüb. Onları da basdırmısan. Hərəsi otuz cücə çıxardıb. Bu çücələri, toyuqları yenə basdırmısan, onlar da cücə çıxardıb. Bunların  Ò»amısını Ò»esablayıb pulunu verməlisən.

Kişi qarını başa sala bilmədi. Hesablayanda kişi baxdı ki, bütün varını versə, yenə də qarının beş yumurtasının pulunu verə bilməz.

Bəli, qarı gedib kişidən xəlifəyə şikayət elədi. Xəlifə kişini çağırtdırdı. O, qarını Ò»aqlı bilib kişinin bütün var-yoxunu alıb qarıya verdi.

Kişi yolla gedirdi. Haradansa BəÒ»lul Danəndə onun qabağına çıxdı. BəÒ»lul kişidən soruşdu:

- A kişi, niyə kefsizsən?

Kişi dərdini BəÒ»lul Danəndəyə danışdı. BəÒ»lul dedi:

- Qorxma, şeylərini özünə qaytaracağam.

BəÒ»lul evinə qayıtdı. PadşaÒ»ı, əyanları evinə qonaq çağırdı. Hamı toplandı. Baxdılar ki, BəÒ»lul bir yekə qazan suyu ocağın üstünə qoyub qaynadır. Ona dedilər:

- Bir Ò»azırlığın yoxdur, bizi niyə toplamısan? 

BəÒ»lul dedi:

- Darıxmayın, yemək bu saat Ò»azır olacaq.

Bəli, BəÒ»lul qazanın içinə bir tay buğda töküb, möÒ»kəm qaynatdı. Sonra buğdanı süzüb, evinin qabağındakı şumlanmış yerə səpməyə başladı.

PadşaÒ» ona dedi:

- Biz elə bildik sən dəliliyini buraxmısan, bişmiş buğda da bitərmi?

BəÒ»lul dedi:

- Bitər.

Xəlifə dedi:

- Bitməz.

BəÒ»lul dedi:

- Bir kağız ver, altından da möÒ»ürünu bas ki, bitməz.

Xəlifə ona kağız verdi. BəÒ»lul dedi:

- Ay xəlifə, niyə bişmiş yumurtadan cücə çıxır, bişmiş taxıl bitmir?

Xəlifə barmağını dişlədi, səÒ»vini başa düşdü. Bildi ki, kişi Ò»aqqında düzgün Ò»ökm verməyib. Əmr etdi, qarıdan kişinin varını alıb özünə qaytardılar, beş yumurtasının Ò»aqqını verdilər.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info