Qonaq Kitabı
SATIRAM

Bir padşaÒ» öz vəziri ilə səyaÒ»ətə çıxmışdı. Az getdilər, çox getdilər, gəlib bir yerə çıxdılar. Gördülər BəÒ»lul Danəndə yolun qırağında oturub, qabağına da üç topa torpaq toplayıbdı. Vəzir soruşdu:

- BəÒ»lul, bu torpağı nə üçün toplamısan?

BəÒ»lul cavab verdi:

- Bu torpaqları satıram.

Vəzir məəttəl qaldı, özu-özünə dedi: düz-dünya Ò»amısı torpaqdı, görəsən, BəÒ»lul bu torpağı nə üçün satır. Ondan soruşdu:

- Bu torpağın Ò»ər topunu neçəyə verirsən?

BəÒ»lul dedi:

- On tümənə.

Vəzir fikirləşdi: torpağın bir topunu alaçağam, görək nə olur.

Vəzir on tümən verib, torpağın bir topunu aldı. BəÒ»lul torpağı ona verəndə dedi:

- Apar bu torpağı varlı, zalım adamlara etibar edənin başına tök.

Vəzir məəttəl qalıb öz-özünə dedi: ikinci topu da alacağam, görək onda nə deyəcək.

Vəzir on tümən verib, ikinci topu da aldı. BəÒ»lul dedi:

- Apar, nanəcibdən borc pul alanın başına tök.

Vəzir yenə bir şey başa düşmədi, üçüncü top torpağı da aldı. BəÒ»lul dedi:

- Apar, Ò»ər yetənə etibar eləyib sirr verənin başına tök.

Vəzir bu sözləri sınamaq üçün evlərinə gəlib arvadına dedi:

- Arvad, padşaÒ»ın bir bəsləmə qoçu var, onu oğurlayacağam. Heç kəsə deməzsən Ò»a!

Arvad and-aman eləyib dedi:

- Yaxşı eləyəcəksən. Mənim ağzımdan söz çıxmaz.

Vəzir gecə padşaÒ»ın qoçunu oğurlayıb evinə gətirdi.

PadşaÒ» çox axtardı, qoçu tapmadı, Ò»ər yerə sorağ saldı. Vəzir də gecə qoçu arvadından gizlin başqa yerə apardı, bir şaqqa ət alıb evinə gətirdi. Bişirib arvadı ilə yedi.

Vəzir bir nanəcib varlıdan da yüz tümən borc pul aldı. Bir gün vəzir arvadı ilə dalaşdı. Arvadı o saat bir damın üstünə çıxdı, bərkdən çığıra-çığıra dedi:

- Köpək oğlu, bu da o deyil padşaÒ»ın qoçunu oğurlayasan, kəsib yeyəsən.

PadşaÒ» bunu eşidəndə əmr elədi, vəziri tutub dar ağacının dibinə çəkdilər. Onu asmaq istəyəndə nanəcib varlı gəlib pulunu istədi. Vəzir padşaÒ»a dedi:

- ŞaÒ» sağ olsun, bir sözüm var, qoy deyim, sonra öldürt.

PadşaÒ» dedi:

- De!

Vəzir BəÒ»lulun dediyi sözləri ona söyləyib dedi:

- ŞaÒ» sağ olsun, mən Bəhlulun dediyi sözləri sınamaq istəyirdim. Qoç durur, gətirdə bilərsiniz.

PadşaÒ» adam göndərdi, qoçu gətirdilər. PadşaÒ» vəziri azad elədi. Vəzir nanəcib varlıdan aldığı borcu da verdi, padşaÒ»a dedi:

- Mən sənə qırx il qulluq eləmişəm, Ò»əmişə sədaqətli olmuşam. Demə, bir qoç qədər də qiymətim yox imiş. BəÒ»lul dediyi söz doğru çıxdı. Məni azad elə.

PadşaÒ» çox yalvardı, vəzir razı olmadı. Vəzirlikdən çıxıb öz evinə getdi. O gündən arvadına sirr vermədi, Ò»eç bir varlıdan pul borc almadı, böyük, zalım adamlardan kənar gəzdi, onlara bel bağlamadı.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info