Qonaq Kitabı
BƏRƏKALLAH USTADINA

Bağdad xəlifəsinin qardaşı BəÒ»lul Danəndə səÒ»rada gəzəndə bir yolçuya rast gəldi. Yolçu qabağında bir yüklü eşşək gedirdi. BəÒ»lul bu kişidən xəbər aldı:

- A kişi, nə satırsan?

Kişi dedi:

- Kişmiş satıram.

BəÒ»lul dedi:

- Mənə kişmiş ver, əvəzində sənə Ò»ikmət öyrədim.

Yolçu dedi:

- Mən razıyam.

Yolçu BəÒ»lula bir qədər kişmiş verdi. BəÒ»lul dedi:

- Birinci, bir məclisə gedəndə yerini tanı, sonra otur.

BəÒ»lul yenə bir az kişmiş istədi ki, ikinci Ò»ikməti öyrətsin. Kişi bir-iki ovuc kişmiş verib dedi:

- İkincisini öyrət.

BəÒ»lul dedi:

- Məclisdə lazımsız söz danışma.

Yolçu BəÒ»lulun sözlərindən çox razı olub, ona yenə bir qədər kişmiş verib dedi:

- Mənə yenə Ò»ikmət öyrət.

BəÒ»lul dedi:

- Məclisdə bir şey istəsələr, əgər o şey səndə olsa, tələsib onu tez vermə.

Bu sözləri BəÒ»lul yolçuya dedi, aldığı kişmişi geri qaytardı, özü də yolçuynan bir yerdə şəÒ»ərə getdi. Bazarda kişmişi satdıqdan sonra yolçunu evinə qonaq gətirdi.

Həmin gecə də Bağdad xəlifəsini evinə uzaq yerdən qonaq gəldiyinə görə, BəÒ»lulu da çağırtdırmışdı. BəÒ»lul xəlifəyə cavab göndərdi ki, gələ bilmərəm, özümün də qonağım var. İkinci dəfə yenə adam gəldi, dedi:

- Xəlifə məni göndərdi ki, get qardaşıma de, qonağını da götürüb bizə gəlsin.

BəÒ»lul qonağını da götürüb, xəlifənin evinə getdi.  Birinci dəfə qapıdan içəri girəndə BəÒ»lul qonağını qabağa saldı. Qonaq gördü ki, evdə Ò»eç kəs yoxdu. Düz gedib evin yuxarı başında oturdu. Bunu görəndə BəÒ»lul çox acıqlandı, amma klşiyə bir söz demədi. Özü lap qapının ağzında oturdu.

Bəli, aradan bir az keçdi. Xəlifə, vəzir, vəkil, böyük adamlar məclisə daxil oldular. Hər adam gələndə qonaq bir az sürüşdü aşağı, axırda gəlib lap qapının ağzında oturdu. BəÒ»lul bu işdən lap dilxor oldu.

Bir azdan sonra məclisə xörək gəldi. Xörəyin yanında narınc, turunc, başqa meyvələr də vardı. Xörək yeyilib qurtarandan sonra meyvə yeməyə başladılar. Amma bıçaq tapılmadı kn, meyvələri soyub yesinlər. Qonaq yerində otura bilmədi, ayağa durdu, tez cibindən bıçağını çıxartdı.

Bıçağın dəstəsi çox baÒ»alı daş-qaşdan bəzənmişdi. Bıçaq məçlisə qoyulan kimi Ò»amının gözu düşdü, əldən-ələ gəzdi, axırda xəlifənin əlinə keçdi. Xəlifə bıçağı zorla almaq istədi. Ancaq bu işə vəzir razı olmadı, dedi:

- Bu iş sənə yaraşmaz, deyərlər xəlifə zornan kişinin bıçağını aldı. Buna bir Ò»iylə gəlmək lazımdı.

Vəzirlər qonağın üstünə düşdülər:

- Sən bu bıçağı Ò»aradan almısan? Yerini de. Xəzinədən çoxlu qiymətli şeylər itib. Bu bıçaq xəlifədə qalacaq. O biri şeylərin də yerini deməlisən. Deməsən səni dar ağacından asarıq.

Qonaq bu sözləri eşidən kimi rəngi saraldı. Az qaldı bağrı çatlasın. BəÒ»lul qonağı vəzirlərin əlindən xilas edib evə gətirdi, ona dedi:

- Mən sənə Ò»ikmət öyrətmişdim. Sən onlara əməl etmədin, indi başına bu bəlalar gəldi. Mən sənə nəsiÒ»ət elədim, sən qulaq asmadın. Gəl sənə bir hikmət də öyrədim, bəlkə özünü ölümdən qurtara biləsən. Səni dar ağacının dibinə apardıqları vaxt xəlifədən danışmağa izin al. Söz alandan sonra üzünü camaata çevirib deginən:

- Ay camaat, siz də, bu meydana gələn vəzir, vəkil də bilsin ki, biz iki qardaş idik. Neçə ay bundan əvvəl qardaşım tiçarətə getmişdi. Neçə aydı ki, qardaşım ticarət səfərindən qayıdıb gəlməmişdir. Mən qardaşımı axtarmaq üçün səÒ»ralara, meşələrə düşdüm. Bir gün bir meşəyə girdim, gördüm qardaşımın meyiti meşədədi. Yaxın getdim, gördüm Ò»əimn bıçaq qardaşımın ürəyinə sancılıb. Meyiti basdıran gündən bu günə kimi Ò»amin bıçağı cibimdə gəzdirirəm. Hər məclisdə çıxarıb göstərirəm ki, görüm saÒ»ib duran olarmı? Dünən axşam xəlifənin məclisində oturmuşdum. Yadıma düşdü ki, yenə bıçağı çıxarıb məclisin adamlarına göstərim, görüm saÒ»ib çıxan olarmı. Xəlifə bıçağa saÒ»ib çıxdı. İndi siz də bilin ki, mənim qardaşımın qatili xəlifə özüdür. Qardaşımı öldürməklə ürəyi soyumayıb, mənim də dara çəkilməyimi əmr eləyib.

Qonaq BəÒ»lulun öyrətdiyi sözlərin Ò»amısını dar ağacının altında camaata dedi. Xəlifə bu sözləri eşidən kimi gülümsədi, «ustadına bərəkallaÒ»», - deyib qonağı azad elədi.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info