Qonaq Kitabı
KOROĞLUNUN TOQAT SƏFƏRİ

Koroğlu Çardağlı Çənnibeldə əyləşmişdi. Dəliləri başında cəmdi. Dəlilərin qorxusunnan Çənnibelin Ò»əndəvərinə hərlənən ola bilməzdi. Keçən tacir karvanlarını Koroğlu Qırata döşlədib Çənnibelə çəkirdi, var-döylətini əlinnən aqlıb yola salardı.

Bir gün Toqat paşası MaÒ»mud paşanın tacirləri qəflə-qatırla ordan keçirdi. Koroğlu dəlilərinən tacirlərin qabağını kəsdi, Ò»ər nələri vardı əllərinnən aldı, buraxdı. Malları getmiş tacirlər başları loylu özlərini MaÒ»mud paşanın yanına saldılar, dedilər:

- Koroğlu bizi soydu, var-döylətimizi əlimizdən aldı, quru yurdda qoydu.

MaÒ»mud paşa Koroğludan çoxdan yanığlıydı. Bir məclis qurdurdu. Vəzirləri, vəkilləri, bəyləri, xanları, tacirləri o məclisə çağırtdı.

Adamlar cəm olanda MaÒ»mud paşa üzünü onlara tutub dedi:

- Koroğlu yenə dinc oturmur, tacirləri soyur, karvanları talan eləyir; paşalara, bəylərə, xanlara qan uddurur. Koroğlu bu qoçaqlığın Ò»amısını bir Qıratnan, bir də başındakı

dəlilərnən eləyir. Qırat olmasa dəlilər də bir şey eləyə bilməz: çox keçməz Koroğlunun özü də ələ keçər, tələf olub gedər. Vəzirlər, vəkillər dedilər:

- Paşa sağ olsun, düz buyurursunuz, Koroğlunun nə ki Ò»ünəri var, hamısı Qırattadı. Gərəy Qıratı ələ keçirəy.

Paşa dedi:

- Qıratı onnan necə almağ olar?

Vəzir dedi:

- Nəmər, pul, mal versəniz, bəlkə gedib Koroğlunun Qıratını özünə umudu gələnlərdən biri gətirə bilə.

MaÒ»mud paşa dedi:

- Mənim oğul öyladım yoxdu ki, göndərəm gedə, Koroğlunun Qıratını gətirə. Yurduma, yuvama saÒ»ib olan, gözümün ağı-qarası bir qızım var, Ò»ər kim gedib Çənnibeldən qoç Koroğlunun Qıratını mənə gətirsə, qızım Dona xatunu ona verəcəm,

özünü də dünya malınnan qəni eləyəcəm.

MaÒ»mud paşa bunu deyib, bir istəkan şərab doldurub əlinə aldı, üzünü məclisdəkilərə tutub ucadan dedi:   

- Kimin özünə gümanı gəlir ayağa dursun, alsın bu şərabı içsin, getsin Koroğlunun dəli   beygirini gətirsin.

Məclis əÒ»li Ò»amısı başını aşağı tikdi. Cıqqırını çıxardan olmadı. MaÒ»mud paşa sözünü bir də dedi. Genə səs çıxardan olmadı. Məclisin alt tərəfində Həmzə adlı sayılmayan, urvat olunmayan bir keçəl oturmuşdu, ayağa qalxıb dedi:

- Paşa sağ olsun, əgər razı olub vədənizə doğru çıxsanız mən gedərəm, Koroğlunun Qıratını gətirrəm.

Keçəl Həmzə bu sözü deyəndə məclisdəki adamlar çaxnaşdı, bir-birinə dəydi. Keçəldəki bu cürətə Ò»amı mat qaldı. MaÒ»mud paşanın qızı Dona xatun pəncərənin ağzında durub qulaq asırdı, gülüb dedi:

- Qoç Koroğlunun Qıratını gətirənə bax! Gedib başının keçəlinin dərdini çəkmir, gör nə qələtlər eləyir!

MaÒ»mud paşa sözünü bir də dedi. Genə də Keçəl Həmzədən savayı – gedirəm, - deyən olmadı. MaÒ»mud paşa axırda çarəsız qalıb razı oldu. Keçəl Həmzə irəli yeridi, aldı şərabı içdi, dedi:

- MaÒ»mud paşa, mənə bir ay vədə ver. Koroğlunun Qıratını gətirə bilmədim Ò»eç, gətirə bildim onda sözümüz sözdür, Dona xatunu alacam.

MaÒ»mud paşa dedi:

- Get, gətirə bilsən, Dona xatun sənindi.

Keçəl Həmzə ordan çıxıb öylərinə gəldi, azığa götürub yola düşdü. Neçə günnən sonra xəbər ala-ala gəlib Çənnibelə çıxdı.

Koroğlu bir qayanın başında durub, karvan yolu pusurdu. Gördü bir adam üz qoyub düz Çənnibelə gəlir. Gözlədi. Keçəl Həmzə gəldi, yetişdi. Koroğlu qayadan enib onun yanına gəldi, dedi:

- Oğul, nəçisən? Hardan gəlib, Ò»araya gedirsən?

Keçəl Həmzə dedi:

- Paşanın ilxısına gedirdim. Yeddi il ona at otardım, axırda paşa Ò»aqqımı da verməyib qapısınnan qovaladı. İndi Çənnibeldə səni deyib gəlmişəm.

Koroğlu Keçəl Həmzəni götürüb, xanımların, dəlilərin yanına gəldi. Dəlilər Keçəl Həmzəni görüb dedi:

- Koroğlu, munu Ò»ardan tapıb gətirdin? Keçəllər fənd olarlar, munun gözləri Üçtəpə   sağsağanının gözləri kimi qayır-qayır qaynayır. Heç saq-əməlli adama oxşamır, rədd elə getsin.

Xanımlar da baxıb dedilər:

- Bu iyrənci, keçəl xondunu Ò»ardan gətirdin? Başına adam qəÒ»ət olubmu? Qovala çıxsın, getsin.

Koroğlu xanımları, dəliləri birtəÒ»ər sakit eləyib dedi:

- Ay canım, niyə əl-ayağa düşübsünüz? Yazığın biridi, bizə ziyanı olmaz, qoy süfrəmizin qırığ-quruğunnan yeyib, qapıda, bacada dolansın.

Keçəl Həmzə qırığ-quruğdan yeyib, qapı-bacanı süpürürdü, Ò»əyəti tərtəmiz saxlayırdı. Xanımlar, dəlilər nəyə buyururdularsa gedirdi, getdiyi işi yaxşı yarıdırdı. Belə zirəkliyinə görə, dəlilərin, xanımların yanında Keçəl Həmzənnn Ò»örməti artmışdı. Koroğlu Keçəl Həmzənin qoçaqlığını, diribaşlığını görüb onu Kaloğlan çağırırdı.

Bir gün Koroğlu Keçəl Həmzəni yanına səsləyib dedi:

- Kaloğlan, ata muğat olmağı bilirsənmi?

Keçəl Həmzə dedi:

- Əlimnən gələr, yaxşı ata baxa bilərəm.

Koroğlunun bir yük yabısı vardı. O qədər yükləmişdilər ki, sümüyləri eşiyə çıxmışdı. Koroğlu ona baxmağı keçəl Həmzəyə tapşırdı.

Keçəl Həmzə yabıya çox yaxşı muğat olurdu. Axşam, sabaÒ» tumarlayırdı, dəlilərin gözlərini oğurlayıb töylədəki o biri attarın otunnan, arpasından götürüb yabının qabağına tökürdü. Yabı elə kökəlmişdi ki, un vursan yapışmazdı. Dərisinə sığmırdı.

Bir gün Koroğlu toylaya attarın yanına gəlmişdi. Baxdı, əvvəlki arığ yabını tanıya bilmədi. Mat qaldı, dedi:

- Ay Kaloğlan, sən ata nə yaxşı muğat olursanmış. Belə ata baxmağ əlinnən gəldiyini niyə mənnən gizlədirdin? ƏÒ»sən sənə! Çox zirəysən.

Keçəl Həmzə çox Ò»örmətə minmişdi. Hansı ata muğat olmağı tapşırırdın, beş gündə dərisinə sığmaz eləyirdi. Koroğlu Dürata baxmağı Keçəl Həmzəyə tapşırdı. Bu işə xanımlar, dəlilər razı olmadılarsa da, Koroğlu olara qulağ asmadı.

Keçəl Həmzə əvvəllər Dürata yaxşı baxdı. Amma sonralar atın arpasını kəsdi. Dürat arığladı.

Bir gün Koroğlu toylaya gəlmişdi. Gördü Dürat sınıxıb, dedi:

- Ay Kaloğlan, bu at niyə belə olub, olmaya ata yaxşı baxmırsan?

Keçəl Həmzə dedi:

- Mən ata əlimnən gəldiyi qədər yaxşı baxıram. Amma at gecə-gündüz içəridə, başınnan axıra bağlı, ayağları da  puxoyludu, eşiy üzü görmür. Yağın onnan sınıxır.

Qıratnan Dürat bir toylada bağlanırdı. Hərəsinin ayağında ayrı-ayrı puxoy vardı, onlar da ayrı-ayrı açarla açılırdı. Qapının, puxoyların açarı Koroğlunun özündə olardı. Koroğlu çıxartdı. Düratın puxoy açarını Keçəl Həmzəyə verdi. Xanımlar, dəlilər bunu eşidib bərk acıqları tutdu, dedilər:

- Ay Koroğlu, sən nə eləyirsən? Tanımadığın, bilmədiyin bir adama etibar eləyib Düratın puxoy açarını verirsən.

Koroğlu yenə də xanımları, dəliləri sakit elədi, dedi:

- Heç zad olmaz.

Keçəl Həmzə bir neçə gündə Düratı dərisinə sığmaz elədi.

Keçəl Həmzənin buraya gəlməsi az qalırdı bir ay olsun. Onun MaÒ»mud paşaya verdiyi vədə tamam olurdu. Keçəl Həmzə gecələrin birində ayağa qalxdı, öz-özünə dedi: «Mən bir il də burda qalsam, Koroğlu Qıratın meÒ»tərliyini mənə verməz, meÒ»tərliyini versə də, puxoyun açarını verməz. Toqat şəÒ»ərində Qıratnan Düratı kim tanıyır? Yaxşısı budu ki, Düratı Qırat adına aparım, MaÒ»mud paşanın qızını alım, beş gün bu dünyada keyf çəkim».

Keçəl Həmzə bunu deyib, xəlvətcə Dürata mindi, qaçdı. SabaÒ» açıldı, meÒ»tərlər yerlərinnən qalxıb, attara arpa-saman verməy üçün toylaya gəldilər, gördülər Dürat da yoxdu, Keçəl Həmzə də. Başı loylu Koroğlunun yanına gəldilər, dedilər:

- Nə Dürat var, nə də Keçəl Həmzə.

Bu xəbərdən dəlilər çaxnaşıb bir-birlərinə dəydi, Koroğluya acığları tutdu. Kələm üstə isti su yağdıran kimi Koroğlunun üstünə söz yağdırdılar. O ki var təÒ»niz-töÒ»mət elədilər. Xanımlar da bir yandan Koroğluya məzəmmət elədilər. Suç özündən olduğunnan, Koroğlu nə dəlilərin, nə də xanımların töÒ»mətinə dindi, kiriyib qaldı. Dəlilər sakit olmurdu, deyirdilər:

- Biz sənə demədiymi tanımadığın adama etibar eləyib atı  tapşırma? İyidin ya atını  apardılar, ya arvadını - ikisi də namusdan sayılır. Bizim qorxumuzdan Çardağlı Çənnibelin Ò»əndəvərinə Ò»ərlənən olmadı. Bəzirganlar əlimizdən zara gəlmişdi, karvanlar keçə bilməzdi, paşalar, bəylər üstümüzə qoşun çəkə bilməzdi. İndi bir keçəl gedə gəlib burdan at apardı. İndi bu xəbər ətrafa yayılacağ, munnan sonra duşmanlar üstümüzə ayağ alacağ. Özün öz əlinnən elə iş elədin ki, aləm yığılsa eləyə bilməzdi. İndi get görəy Düratı Ò»ardan tadacaqsan, necə gətirəcəysən.

Koroğlu dedi:

- Dürat gedib, Qırat durur, minib gedərəm, tapıb gətirrəm. Az məni məzəmmət eləyin.

Koroğlunun Ò»irsi tutanda yanına gedib onu dindirməy olmazdı. Yatardı, acığı elə soyuyardı. Koroğlu başını atdı. İki gün, iki gecə üzüquylu ac-susuz yatdı. Üçüncü gün yuxudan ayıldı. Eyvazı səslədi. Ayrılıq məclisi qurmağı ona tapşırdı.

Eyvaz məclis qurdu. Təkcə Koroğluya yeddi batman düyü ployu, yeddi qoyun şaqqası, yeddi tuluğ şərab Ò»azırlatdı. Yedilər, içdilər, Eyvaz Koroğlunun bığlarını eşdi, qulağının dalında burdu. Koroğlu geyindi-kecindi, ayağa qalxdı. Qıratı ifcin yəÒ»ərləyib qabağına çəkdilər. Koroğlu xanımlarnan, dəlilərnən Ò»alallaşıb sıçradı Qıratın belinə mindi. Düratın üç gündə getdiyi yolu Qırat bir gündə gedirdi. Koroğlunun Qırata mindiyi göründü. Qırat elə bil ki, quş kimi qanad açdı. Dağları, daşları düz elədi, ildırım kimi getdi. Qıratın nallarınnan qığılcım qalxırdı, yolu başına götürmüşdü. Elə gedirdi, güllə atsan dalınnan çatmazdı.

O tərəfdən Keçəl Həmzə üç gün, üç gecəydi ki canının qorxusunnan bir yerdə düşüb dincəlmirdi, at sürürdü. Qırx dəyimanlara yetişdi, qanrılıb geri baxdı, gördü Koroğlu Qıratın üstündə yolnan elə gəlir, atın qaçmağınnan toz dumana qatışır. Keçəl Həmzənin ağzında tüpürdüyü qurudu, canına qorxu düşdü. Bildi ki, Koroğlu yetişən kimi onunkunu ona verəcəy. Düratı qamçılayıb, özün tez Qırx dəyirmanların birinin qapısına saldı, düşdü, Düratı dəyirmanın qarşısındakı dirəyə bağladı, tələsiy dedi:

- Ay dəyirmançı, bir tez eşiyə çıx!

Dəyirmançı tez eşiyə çıxıb dedi:

- Qardaş, nə istəyirsən? Nə var?

Həmzə dedi:

- Bax, o yolnan gələn qoç Koroğludur. Çənnibeldən gəlir, ilxısına qotur düşüb, dəyirmançı beyni axtarır, attarın qoturunu qurtarsın. Tez başına çara qıl. Yetişsə, ömrünü tamam eləyəcəy.

Dəyirmançı dili tutar-tutmaz dedi:

- Ay qadan alım, nə eləyim ki, onun əlindən salamat qurtarım?

- Soyun paltarını mənə ver, mən geyim, mənim də paltarımı sən geyin, get dəyirmanın altında donuzluğa gir, gizlən. Mən Koroğlunun ağzını bir yana sala bilsəm saldım, sala

bilməsəm - onda qoy məni öldürsün, sən yazıqsan.

Dəyirmançı Həmzənin sözünə inandı. Paltarını çıxartdı, ona verdi. Həmzə də paltarını dəyirmançıya verdi. Dəyirmançı da Həmzənin paltarını geyinib getdi, donuzluğa girdi. Həmzə də dəyirmançının paltarını geyindi, içəri dəyirmana girdi. Üzünü, başını o ki var unladı, tanınmaz oldu. Əlinə un kürəyi alıb, unluğun qabağında başı aşağı dayandı.

O tərəfdən Koroğlu özünü alıcı quş kimi dəyirmanın qapısına yetirdi. Qapıdan çığırıb dedi:

- İndicə mənim qabağımca buraya gələn attı necə oldu?

Keçəl Həmzə dedi:

- Odu, içəridə dəyirmanın donuzluğuna girib gizlənib.

Koroğlu tez yəÒ»ərdən aşırıldı. Qıratı Həmzənin yedəyinə verib dəyirmana girdi, donuzluğa yanaşdı, dedi:

- Əyə, ay keçəl, belə çıx!

Dəyirmançı daÒ»a da qorxub dedi:

- Haraya  çıxım? Sənin ilxının qoturuna dərman olası mənim beynim yoxdu, çıxmaram. Mənnən əl çək, get, ayrısını tap.     

Koroğlu dedi:

- Ayə, ay  keçəl, qotur nədi, beyin nədi. Belə çıx, sənnən işim çoxdu.

Koroğlu gördü ki, dəyirmançı öz xoşuna donuzluqdan çıxmaq istəmir. İrəli yeridi. Dəyirmançı qorxub o yana çəkildi.

Koroğlu bir az da irəli yeridi. Dəyirmançı yenə də o tərəfə geri çəkildi. Birdən dəyirmançının başı dəyirmanın yeyın-yeyın işləyən pərinə toxundu. Pər vurdu, dəyirmançının başını əzim-əzim əzdi, beynini burnundan gətirdi. Koroğlu əyildi, onun ayaqlarınnan tutdu, çəkdi, çıxartdı. Gördü, Keçəl Həmzə nə gəzir, ölən dəyirmançıdı.

Keçəl Həmzə Çənnibeldə Dürata baxanda Qıratın da yan-yörəsinə Ò»ərlənib özunə meÒ»riban eləmişdi. Koroğlunun başı içəridə dəyirmançıya qarışanda Keçəl Həmzə Qırata aşırıldı.

Bu tərəfdən Koroğlu dəyirmannan çıxanda gördu Keçəl Həmzə Qıratın belinə qalxıb dəyirmannan aralanıbdı, Qıratı Ò»ərdən qamçıynan vurub incidir. Koroğlu Keçəl Həmzənin onu allatdığını indicə bildi. Munan ürəyi bulandı, konlu dərtdəndi, aldı görək nə dedi:

 

Koroğlu

 

Canım Həmzə, gözum Həmzə,

Həmzə, incitmə Qıratı!

Budu sənə sözüm Həmzə!

Həmzə, incitmə Qıratı!

 

Qıratdı mənim dirəyim,

Əriyər qalmaz ürəyim,

Sən olasan duz-çörəyim,

Həmzə, incitmə Qıratı!

 

Eşidər paşalar, bəylər,

Şadlıq xəbərini söylər,

Koroğlu iltimas eylər,

Həmzə, incitmə Qıratı! 

 

Keçəl Həmzə dedi:

- Koroğlu, elə iyiddiyin, adın varmış. Bir ay surfanın qırığ-quruğunnan yedim, indi onu da dilinə gətirdin, başıma çaldın? Özün karvannar soyursan, qəflələr talayırsan, mal-döylət alırsan, indi bir atdan ötəri bu qədər yalvarıb-yaxarırsan, yanıb Ò»ayıfsılanırsan? Koroğlu dedi:

- Mən onnan ötəri Ò»ayıfsılanmıram; ona yanıram ki, sən Qıratı aparıb saxlayan, minən döyülsən. Atı özümə sat. Onu eləməsən əylən, onda Qıratın qiymətini deyim allanıb ucuz satma:

 

Koroğlu

 

Əylən deyim qiymətini Qıratın:

Səksən min sərkərdə mala da vermə.

Səksən min ağ tüklü qəmər eyəcə,

Səksən min xəzinə pula da vermə!

 

Səksən min ilxıya, səksən min ata,

Səksən min maÒ»aldan gələn barata,



 
[1] [2] [3] [4] [5] [6] [7] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info