Qonaq Kitabı
KOROĞLU

Koroğlunun öz adı Roşəndi, atasının adı Alı, Alı var-döylətinən manşır olan Həsən xanın ilxıçısıydı. Alı neçə illər Həsən xana ilxı otarmışdı, onun qapısında ömrünü-gününü çürüdub, saqqalını ağartmışdı.

Alı bir gün ilxını dərya qırağına aparmışdı. Atdar dəryanın qırağında bir ottağda ottayırdı. Alı bir də gördü dəryadan iki at çıxdı. Atdar gəldilər, ilxıda iki maydan basdılar, sonra qayıdıb dəryaya girdilər. Alı nə qədər ilxıçılıq eləmişdi, belə şey görməmişdi. Munu gözündən qaçırtmadı - Ò»aman maydanları manşırladı.

Munnan on ay bir vaxt keçdi. Maydanların Ò»ərəsi bir qulun doğdu. Qulunnar böyüyüb biryaşar oldu.

Bir gün Həsən xanın öyünə bir paşa dostu qonağ gəlmişdi, Həsən xan dostu paşaya yaxşı qonaqlığ elədi, kefini, Ò»alını soruşdu. Paşa Həsən xana çox razılıq elədi. Xannığını, döylət-malını, qonağlığını bəyəndi. SöÒ»bət arasında dedi:

- Həsən xan, eşitmişəm  sənin qəşəng cins atdarın var, gəldim ilxınnan iki ayğırlıq at aparam.

Həsən xan ilxıçısı Alını yanına çağırıb dedi:

- Paşayçun iki ayğırlıq at tutduracağam, sabaÒ» ilxını çölə aparma.

Qoca Alı paşaya dərya attarının balalarını ayğırlığa layiğ gördü. DaÒ»a ilxını örüşdən qoymağ istəmədi, obaşdan qalxıb dərya attarının balalarını tutdu, xalxalda mıxa bağladı, qalan attarı yığıb çölə ötürdü.

SabaÒ» açıldı. Həsən xan qonağı paşaynan qalxıb ilxının olduğu yerə gəldi. Paşa gördu xalxalda iki uzun orta, arığınağ çönüylü qulan bağlanıb, bildi ki, Həsən xanın ona peşkəş çəkdiyi attar bulardı, dedi:

- Həsən xan, mənə demişdilər sənin ayğır olası yaxşı attarın var, bular nəyə lazımdır? Belə ələngələr mənim özümdə də çoxdu.

Paşanın sözü Həsən xana bərk dəydi. Munnan acığlanan xan üzünü Alıya tutub dedi:

- Mən sənə deməmişdimmi at tutduracağam, ilxını saxla? Niyə saxlamamısan?

Alı dedi:

- Xan sağ olsun, mən attarı ottan qoymağ istəmədim, paşaya layığ ayğırlığ attarı tutdum. Mən qoca ilxıçıyam, yaxşı at tanıdığımı bilirsən. Paşaya peşkəş çəkilməyə layığ attar ancağ bulardı.

Alının yekə-yekə danışmağınnan Həsən xan daÒ»a da qızışdı. Hökm elədi, onun gözlərini çıxartdırdı, özünə də dedi:

- Mənim qapımdan çıx, get!

Həsən xanın zülmünə tutulub işıqli dünyaya Ò»əsrət qalan qoca Alı dedi:

- Həsən xan, insana dünyanın Ò»ər naz-neymətinnən yaxşı olanı gözdü, sən məni onnan elədin. Ömrümün cavan çağlarınnan bu qoca vaxtıma kimi sənə qulluğ elədim. Heç birini bilmədin, qədir-qiymət vermədin, bir paşanın xatırına məni kor elədin. İndi Ò»eç olmasa bu iki çöpüylu qulanısa da mənə ver.

Həsən xan qulannarı Alının yedəyinə verdirdi.

Kor Alı tapdana-tapdana, attar da yedəyincə gəldi, öz qapısına çıxdı. İçəridən oğlu Rövşəni çağırdı. Rövşən səsə qapıya çıxdı, atasını al qana bulanmış gördü. Nədən bu Ò»ala düşdüyünü onnan xəbər aldı.

Alı dedi:

- Oğul, ömrümün əvəllinnən axırına qədər Həsən xana qulluğ elədim, əvəzində gözlərimi çıxartdırdı. İndi biz burda qala bilməriy, attarı çək, mənim də əlimdən tut, gedəy.

Rövşən atasının əlinnən tutdu, attarı çəkdi, ordan yola düşdülər. Axşama qədər yol getdilər, axşam bir çay qırağına çatdılar. Alı kişi oğlunnan gəldiyləri yeri xəbər aldı.

Rövşən dedi:

- Ata, bura çay qırağıdı, Ò»ər tərəf ağaclığ, ottuğ bir yerdi.

Qoca Alı dedi:

- Oğul, burda yurd salmaq olmaz. İlxının, mal-qaranın əlindən dincələ bilməriy. Həsən xan xəbər tutar, bizə namərddiy elər.

Ata-oğul o gecə çay qırağında qaldılar. SabaÒ» acıldı. Qalxıb yola düşdülər.

O günü yol getdilər. Axşam bir duzəngaÒ»a çatdılar. Alı oranın nə cür çöl olduğunu soruşdu.

Rövşən dedi:

- Ata, bura ucu-bucağı görünməyən bir düzəngaÒ»dı.

Qoca Alı dedi:     

- Burda da qalmağ olmaz. Orda attanan burda düşər. Karvannarın ayağı altında qalarığ.

Ata-oğul o gecəni də orda keçirtdilər. SabaÒ» açıldı. Genə qalxıb yola düşdülər. Getdilər, getdilər, bir uca dağın belinə çatdılar.

Qoca Alı dedi:

- Oğul, Rövşən, bura necə yerdi?

Rövşən dedi:

- Ata, bura Ò»ər tərəfi sıldırım qayalığ, çənni-çiskinni bir dağ belidi.

Alı dedi:

- Oğul, mən axtardığım yer elə buradı. Əsl yurd salmalı bu Çənnibeldi. İndi özümüz olmağa bir olacağ, attar salınmağa da bir toyla tik.

Rövşən özləri üçün bir olacağ, attarçun da bir toyla tikdi. Damlar başa gələnnən sonra Alı dedi:

- Oğul, attarı toylaya çək, bağla, qapı-bacanı basdır, yaxşı muğayat ol, gözlə, attarın üstünə Ò»eç yerdən işıq düşməsin.

Rövşən attarı dama çəkdi, atasının dediyi kimi yaxşı qulluq eləməyə başladı.

Munnan bir xeyli vaxt keçdi.

Bir gün Alı dedi:

- Oğul, Rövşən, məni attarın yanına apar.

Rövşən atasının əlinnən tutub toylaya apardı. Qoca ilxıçı əvvəl uzun, caydağ, çəkmə sağrılı, nəziy ortalı Dürata yanaşdı, əliynən üzünü, gözünü, yalını, sağrısını tumarladı. Düratda bir noxsan tapmadı. Sonra iki başlı, dolu gözlü, qara birçəyli, uzun boyunlu, təkmə döşlü, ortası qolana dolu, yoğun, enli sağrılı Qırata yanaşdı. Qırat fınxırıb ayağını yerə döydü, ağzını açıb Alıya yönəlməy lstədl. Qoca Alı Ò»əmişəki səsiynən dedi:

- Ay at, neynirsən, məni tanımırsanmı?

Qırat Alının səsini tanıdı, sakit oldu. Alı əllynən Qıratın başın, üzünü, yalını, belini, saqrısını tumarradı, Qıratın sağrısında fındığ gizlənə biləcəyi bir batığ əllədi, dedi:

- Oğul, Rövşən, bax gör, Qıratın üstünə işıq düşən yer yoxdu ki?

Rövşən baxıb gördü ki, pərdənin arasında bir iynə boyda deşiy var, dedi:

- Ata, Qıratın üstündə bir iynə boyda deşiy var.

İlxıçı dedi:

- Oğul, bir iynə boyda deşiydən bir kərən boyda soyuğ gələr.

- Çıx, oranı ört!

Rövşən çıxdı, oranı örtdü.

Rövşən attara daÒ»a da yaxşı muğayat olmağa başladı.

Bir gün genə atası ona dedi:

- Oğul, attar necədi? Necə yeyirlər?

Rövşən dedi:

- Qırat dəyirman kimi olub, arpa, saman yetirməy olmur. Durat da yaxşıdı, ancağ Qıratdan az yeyir, özu də dincdi; amma Qırat durub-dincəlmir, qızmış nər kimi oyur-oyur oynayır.

Qoca ilxıçı oğluynan genə toylaya gəldi, attarı yoxladı, dedi:

- Rövşən, oğul, attar böyüyüb, minilməy Ò»əddinə gəlib. İndi oları bir-bir bərkə-boşa salmağ, sınağdan çıxarmağ lazımdı.

Əzəl Qıratı, onnan Düratı min, yenicə sulanmış şumda səyirt. Sonra qaratikanlığa sür, onnan sonra da sıldırım daşlı dağda çap.

Rövşən atasının öyrətdiyi kimi, əzəl Qıratı mindi, yenicə sulanmış şumda səyirtdi. Sonra qoca ilxıçının yanına qaytardı. Qoca ilxıçı Qıratın burnunu tutdu, ürəyinə qulaq asdı, onnan da dırnağlarını yoxladı. Qırat burnunu sıxanda Ò»eç öysürmədi, sinəsi töyşümədi, dırnağlarında bir qırığ da palçığ tapılmadı. 

Rövşən bu dəfə Düratı mindi, yenicə sulanmış şuma sürdü, səyirtdi, sonra ilxıçının yanına qaytardı.

Qoca ilxıçı Düratın da ürəyinə qulaq asdı, burnunu tutdu, sıxdı, dırnağını yoxladı. Dürat öysurmədi, urəyi töyşümədi, ançağ dırnağının birində bir qırığ palçığ tapıldı.

Rövşən Qıratı bu dəfə minib qaratikanlığa şığandırdı.

Qırat qara tnkanlığı yarıb çıxdı, süzüb ilxıçının yanında dayandı.

Qoca ilxıçı Qıratın baldırlarını, çeçiylərini yoxladı, bir yerində bir tikan izi, bir yara görmədi.

Rövşən Düratı minib qaratikanlığa sarı sürdü. Dürat da qaratikanları ayağlayıb ilxıçının yanına döndü. İlxıçı Alı Düratın da baldırlarını, çeçiylərini yoxladı, Ò»eç bir yerində yara tapmadı, ancağ dal ayağının bircəciyini tikan cızdığını bildi.

Rövşən Qıratın belinə sıçradı, axırıncı sınağçun Çənnibelin sıldırım daşlığına saldı. Qırat ildırım kimi sıldırım daşlığı endi, nə büdrədi, nə sərpildi, Roşənin altında qızılquş kimi uçdu, gəldi, qoca ilxıçının barabarında dayandı.

Qoca Alı Qıratın qabağ ayağlarınım üylərini bərk sıxdı, Qırat bunnan diysinmədi, qırpınmadı.

Rövşən son sınağçun Düratı mindi, Çənnibelin sıldırım daşlığında çapmağa başladı. Dürat da sıldırımı endi.

Qoca Alı Düratın da üylərini sıxdı, Dürat munnan diysinmədi, ancağ qırpındı.

Qoca Alı dedi:

- Oğul, Rövşən, Qırat sınağdan çox yaxşı çıxdı. İstədiyim kimi oldu, məni söyündürdü. Dürat da yaxşı çıxdı, əməy itirmədi. Ancağ Qırata tay ola bilməz. Qıratın barabarı çarx altında tapılmaz. Qorxulu səfərlərə, duşman ustə, qalalar almağa Ò»əmişə Qıratı min, get. Qırat səni çox dardan, qomarğalamadan, ölümnən qurtarar, Qıratnan sənin adın aləmə yayılar. Qıratın qədrini yaxşı bil, onu canından əziz saxla.

Munnan bir xeyli vaxt keçdi. Bir gün ilxıçı Alı dedi:

- Oğul, Qırat, Dürat böyüdü, sınağdan çıxdı, indi duşman üstünə attanmağ gərəy. Həsən xannan qısas almaq vaxtı çatıb. Çək attarı yəÒ»ərlə, minəy, Həsən xanın üstünə gedəy.

Rövşən şeşpər götürdü, qalxan asdı, qılınc bağladı, çəkdi attarı yəÒ»ərlədi. Qoca Alı Dürata, özu də Qırata mindi. Sürüb gəldilər Həsən xanın imaratına çatdılar.

Rövşən bir tərəfdə dayandı, qoca Alı Düratı imaratın qabağına çapdı. Həsən xanı çağırdı.

Həsən xan imaratdan eşiyə çıxdı. Hündur bir atın üstündə gözlərini çıxartdırdığı qoca Alını gördü; onnan bir az aralıda Roşəni gördü - enni döşlü, geniş sağrılı, dolu ortalı, nər biçimli bir atın belində.

- Həsən xan, bu attar sənin bəyənmədiyin, üstündə mənim gözlərimi çıxartdırdığın o çöpüylü qulanlardı, indi belə at olublar. Sənnən qısasımı almağa gəlmişəm. Əlinnən gələni əsirgəsən, sənnən pis adam yoxdu.

Həsən xan Alının bu sözünnən acığlandı, ona qılınc çəkib Ò»üçum etməy istədi. Rövşən munu görüb aman vermədi. Qıratı Həsən xanın düz üstünə sürdü, misir qılıncı çəkdi, boynuna bir qılınc vurdu, başı yerə dığırrandı.

Səs-küy qopdu. Rövşənin Həsən xanı öldürdüyünü Ò»amı bildi. Qoşun yeridi. Rövşən qorxmadı, qoşunun qabağında mərd-mərdana durdu, vuruşmağa başladı. Bir yannan Qırat, bir yannan Dürat, bir yannan Rövşən özü şeşpərnən, misir qılıncnan qoşun dəstəsini əldən-ayağdan saldı, qırdı, dağıtdı.

Bu zaman ikinci dəstə gəldi. Bir az keçdi, üçüncü, dördüncu, beşinci dəstələr yetişdi. Bütün dəstələr Rövşənə Ò»ücum elədi.

Qoca Alı bunu bilib dedi:

- Oğul, bu qədər qoşuna sən tək cavab verə bilməzsən, axırda ya öldürərlər, ya tutarlar. Sür attarı, özümüzü qoşunnan salamat qurtarağ.

Rövşən əzəl atasının sözünə baxmadı, misir qılıncnan dərya qoşuna Ò»ücum elədi. Başlar kəsdi, qollar qırdı, bədənnər yerə saldı, mərd-mərdana meydanda dayandı, çox iyiddiylər göstərdi. Sonra gördü bu qədər qoşunun qabağında tək dayanmağ olmayacağ. Axırda əlacsız qalıb atasıynan barabar davadan əl çəkəsi oldu. Attarı sürdülər, düz çölə qoydular. Qoşun oların dalınnan düşdü.

Bir xeyli getmişdilər ki, bir də Rövşən Qıratın başını çəkdi, döndü, geri baxdı, gördü bir dəstə kəÒ»ər attı qoşun ildırım kimi dallarınca gəlir, dedi:

- Ata, bir dəstə kəÒ»ər atlı yetirÒ»ayetirdi.

Alı dedi:

- Oğul, ağızlarını sulanmış şuma sal.

Rövşən attarı şuma saldı.

Dəstə kəÒ»ər attılar da attarını onların dalınca şuma saldı.

KəÒ»ər attar şumda batıb qaldı.

Rövşən atasınnan çıxıb getdi.

Bir az getmişdilər ki, bir də Rövşən Qıratın yüyənini çəkdi. Dönüb geri baxdı, gördu bir dəstə qara attı çapdırmış budu gəlir, dedi:

- Ata, bir dəstə qara attı yetirÒ»ayetirdi.

Qoca Alı dedi:

- Oğul, ağızlarını qaratikanlıqa sal.

Rövşən attarı qaratikanlığa saldı.

Qara attılar da attarını onların dalınca səyirtdilər. Qaratikailığ qara attarın baldırlarını qızıl qana boyadı, attar axsayıb qaldı.

Rövşən, atası qaratikanlığlan çıxıb uzaqlaşdı.

Bir az getmişdilər ki, bir də Rövşən Qıratın çiloyunu dartdı, geri baxdı, gördu bir dəstə ağ atlı oları Ò»axlaÒ»a-Ò»axladı, dedi:

- Ata, bir dəstə ağ attı, budu, yetirÒ»ayetirdi.

Qoca Alı dedi:

- Oğul, ağızlarını daşlığa sal.

Rövşən attarı daşlığa dırmaşdırdı. Ağ attılar da oların dalınca attarını daşlığa sürdülər, sıldırım daşlığlardan çıxa bilməyib qaldılar.

Rövşən, qoca Alı attarı səyirdib daşlığları qalxıb getdilər. DaÒ»a onların dallarınca cürət eləyib gələn olmadı. Qiratı, Düratı çapdılar, Çənnibelə çıxdılar.

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info