Qonaq Kitabı
AŞIQ QƏRİB

Sizə kimdən, nə yerdən danışım. Təbriz vilayətindən. Təbriz vilayətində Məmməd söydəgar adında bir kişi vardı. Bunun dünya üzərində bir qızı, iki oğlu vardı. Böyuk oğlunun adı Rəsul, kiçiyinin adı Heydər idi, qızının adı isə Nərgizxanım idi. Məmməd söydəgar bir müddət ticarətlə məşğul oldu, o, övladlarını öz tərbiyəsi altında böyüdüb Ò»ərəsini müəyyən yaşa yetirdikdən sonra bunları məktəbə qoydu. Bir gün Məmməd söydəgar bazarda əÒ»valını pis görüb, Ò»aman saat dükanını bağlayıb evə gəldi. Arvadı Banıxanım əri üçün yer salıb türkəçarə eləməyə başladı. Amma getdikcə Məmməd söydəgarın əÒ»valı pisləşirdi. Məmməd söydəgar bir gün arvadı Banıxanımı çağırıb dedi:

- Arvad, ölüm ki var, yuxu kimi bir şeydir, kim bilir, bəlkə bu gün, sabaÒ» düşüb öldüm. Sənə deyəcək iki vəsiyyətim vardır. Birincisi budur ki, oğlum Rəsul üçün varlı yerdən qız alma, ikinci vəsiyyətim də budur ki, Nərgizxanımı varlı ərə vermə. Çünki o təbəqə çox nanəcib olur.

Məmməd söydəgar vəsiyyətini tamam etdikdən sonra öz ömrünü övladlarına bağışladı. Rəsul atasını layiqincə dəfn etdikdən sonra başladı eÒ»san verməyə.     

Sizə kimdən və nə yerdən danışım, İsfaÒ»an şəÒ»ərindən. İsfaÒ»an şəÒ»ərində qırx lotu vardı. Neçə vaxt idi ki, bu lotuların əlniə bir ov keçmirdi. Bir gün lotubaşı dedi ki, gəlin gedək padşaÒ»ın xəzinəsini kəsək. Lotular bu niyyətlə evdən çıxıb padşaÒ»ın imarətinə tərəf gəlməkdə oldudar. Günorta idi. Lotubaşı ertədən yolu bələdləyib xəzinənin yarılmasını axşama qoydu. Vaxt təyin eləyib geri qayıdırdılar ki, bir Keçəl əlində bir iri qovun yolla gedirdi. Lotubaşı Keçəli tutub qovunu əlindən aldı. Keçəl Ò»a ağladı ki, qovunu ver, lotubaşı vermədi, axırda Keçəl dedi:

- Lotubaşı, sən qovunu ver, mən sənə bir xeyirli yer deyim.

Lotubaşı dedi:

- O necə yerdir?

Keçəl dedi:

- Təbriz şəÒ»ərinə Məmməd söydəgar deyilən biri vardı. O, bu günlərdə vəfat edibdir. Oğlu Rəsul atasının var-yoxunu ehsan verib, fəqir-füqəraya paylayır.

Lotubaşı baxıb gördu ki, yoldaşları hazırdır, dedi:

- Uşaqlar, padşaÒ»ın xəzinəsindən bizə bir şey çıxmaz, kim bilir, bəlkə birimiz tutulaq, amma Təbrizə gedib, Rəsulu aldadıb onun var-yoxunu Ò»iylə ilə ələ keçirə bilərik. Odur ki, gəlin özümuzü başqa qiyafələrə salıb gedək Təbriz şəÒ»ərinə. Lotular razı oldular. Tez evlərinə gəlib biri axund, biri molla, biri məşədi, biri tacir, Ò»ərə öz istədiyi və bəyəndiyi paltarlardan geyinib gəldilər lotubaşının yanına. Lotubaşı baxıb gördü ki, yoldaşları Ò»azırdır, dedi:

- Uşaqlar, yolçu yolda gərək. Qırx lotu bir-birinə qoşulub Təbriz deyib, yola düşdülər.

Məmməd söydəgarın oğlu Rəsul atasının qırxını verirdi. Axşam azanı idi. Gördü ki, qapı döyülur, durub çıxdı bayıpa. Qapını açıb gördü ki, bir dəstə adam biri molla, biri tacir, biri məşədi, biri axund qiyafəsində qapıda Ò»azır durublar. Rəsul xəbər aldı:

- Qonaqlar, siz kimsiniz, kimi istəyirsiniz?

Lotubaşı dedi:

- Biz mərÒ»um atan Məmməd söydəgarın ən yaxın dostlarındanıq. Atanın ölümünü eşidib gəlmişik başsağlığı verək.

Lotular elə qapıda başladılar ağlamağa. Rəsul baxıb gördü ki, bunlar gözlərindən yaşı baÒ»ar buludu kimi axıdırlar. Rəsul başladı bunlara təsəlli verməyə. O, qırx lotunu qonaq otağına dəvət etdi. Lotular oturub bir qədər mərÒ»umu yalan-başdan yad edib, göz yaşı axıtdılar. Bunların içərisində bir axund vardı, başladı yasin oxumağa. Rəsul bunları Ò»əqiqi dost bilib süfrə saldı, hər cür yeməkdən araya gətirdi. Lotular o ki var yedilər. Qurşaqlarının altını bərkidəndən sonra fatiÒ»ə deyib əllərini süfrədən çəkdilər. Süfrə yığıldı, araya çay gəldi. Çay vaxtında lotubaşı əlini cibinə salıb, bir dəstə qumar kağızı çıxardıb araya atdı. Lotuların biri bu kağızı görüb başladı oynatmağa. Rəsul diqqətlə baxırdı. Yan alıb lotubaşıdan xəbər aldı:

- Əmi, bu kağızlar nə olan şeydir?

Lotubaşı dedi:

- Bu kağızların adına qəmdağıdan kağızı deyirlər. Biz mərÒ»um atanın eÒ»san məclisində çox ağlayıb göz yaşı tökmüşük. Ürəyimiz çox kədərlənmişdir. Bir qədər bu kağızla oynayaq ki, bəlkə ürəyimiz açılsın.

Rəsul xəbər aldı:

- Bu kağızı nə cür oynayırlar?

- Bunu, bala, pulla oynayırlar. İstəyirsən sən də bizimlə oyna.

Rəsul razı oldu, dedi:

- Mən razıyam, ancaq oynamağı bacara bilmirəm.

Lotubaşı dedi:

- Nə eybi var, öyrədərik bacararsan.

Başladılar Rəsula qumar oynamağı öyrətməyə. Rəsul qumar kağızlarını tanıyıb oyunu öyrəndikdən sonra anasından bir qədər qızıl pul götürüb başladı oynamağa.

Lotular bir neçə dəfə bilə-bilə öz pullarından Rəsula uduzdular, oyun Rəsulun çox xoşuna gəldi, başladı şirin-şirin oynamağa. O vaxta qədər oynadı ki, bir vədə yan-yörəsinə baxıb gördü ki, atasının nə ki pulları vardı, Ò»amısını uduzub. Belə ki, səÒ»ər çörək almağa bir qara quruşu da qalmayıb.

Rəsul durub ayağa qonaqlar üçün yer saldı, özü də öz otağına keçib yatdı.

SabaÒ» açılan kimi lotubaşı ayıldı, yoldaşlarını səsləyib dedi:

- Uşaqlar, bu beyfərasətdə daÒ»a pul qalmadı, gəlin gün çıxmamışkən yayınaq.

Lotular qalxıb Ò»ərə öz yorğan-döşəyini və evdə olan ağırdan-yüngüldən nə vardısa, yığışdırdıqdan sonra İsfaÒ»an deyib bir baş getməkdə olsunlar.

Gün bir boy qalxmışdı, Rəsul durub ayağa əl-üzünu yuyub dedi:

- Gedim bir qonaqlara baş çəkim.

Durub qonaq otağına gəldikdə nə gördü, qapı açıqdır, qonaqlar da yoxdur. Bir o yana, bir bu yana baxıb gördü ki, bu zalımlar udduqları pullarla kifayətlənməyib, üstəlik yatdıqları yorğan-döşək və balışları da aparmışlar. Kor-peşiman anasının yanına gəlib onu işdən Ò»ali etdi. Rəsulun anası dedi:

- Oğul, onlar İsfaÒ»an lotuları imiş, eybi yoxdur, sən də get bir sənətə qurşan, nə edək, fələk yazımızı belə yazıbmış.

Rəsul anasının bu sözündən sonra evdən bayıra çıxıb, bir baş Rastabazara gəldi, istədi dəmirçilik sənətinə qurşansın, xoşuna gəlmədi. Bir qədər irəli gedib gördü ki, bir kişi qabağına bir qədər taxta yığıb dülgərliklə məşğuldur. Bu sənət də onun xoşuna gəlməyib, istədi pinəçilik ilə məşğul olsun. Bir saata kimi pinəçi dükanının qabağında durub pinəçilərə baxdı. Bu sənət də xoşuna gəlmədi.

Rəsul bir baş bazar yuxarı getməyə başladı. Gördü ki, bir qoca kişi balaca bir dükanda oturub papaq tikməklə məşğuldur. Rəsul dayanıb dükanın qabağında diqqətlə papaqçıya baxırdı. Qoca papaqçı başını yuxarı qaldırıb gördü ki, dükanın qabağında bir nəfər cavan oğlan dayanıb. Papaqçı xəbər aldı:

- Oğul, nə istəyirsən?

Rəsul dedi:

- Əmi can, iş axtarıram.

Papaqçı dedi:

- Bala, mənə şagird durarsanmı?

Rəsul dedi:

- Nə üçün durmaram. Aylığım neçə olacaq?

Papaqçı dedi:

- Əlinin qabiliyyətinə baxaram.

Rəsul razı oldu. Bir gün cümə axşamı idi, Rəsul ustasından izn alıb atasının qəbrini ziyarət etmək üçün qəbristanlığa yollandı. Atasının qəbri üstə oturub ağladıqdan sonra: «İlaÒ»i, məni bu zillətdən qurtar» deyib, yenidən ağlamağa başladı. O qədər ağladı ki, biÒ»uş olub yerə sərildi.

Rəsul yatmışdı, yuxuda gördü ki, Tiflis şəÒ»ərində beÒ»işt misalı bir bağdadır, bunun başının üstündə çeyran misalı gözəl bir qız, qaş kaman, gözlər qan piyaləsi, burun Ò»ind fındığı, sinə Səmərqənd kağızı, məmələr şamama kimi yumurlanıb ipək köynəkdən baş vermişdir, baxanın əqlini aparır. Bu qızın yanında bir dərviş, dərviş qızın əlini Rəsula uzadıb:  «Rəsul, bu qız tiflisli Xacə Sənanın qızı ŞaÒ»sənəmdir, bunu sənə buta verirəm, çox çəkməz biri-birinizə çatarsız», - deyib çəkildi.

Rəsul ŞaÒ»sənəmin gözəlliyini görcək, əqli başından çıxdı, dəlicəsinə ayılıb gördü ki, qəbristanlıqdadır, amma yanında Ò»eç kimsə yoxdur. VaÒ»imə içərisində qalıb, bədəninə qorxu düşdü. Ağzı köpüklənə-köpüklənə bir baş evlərinə tərəf qaçmağa başladı. Anası Banıxanım oğlunu bu Ò»alda görən kimi xəbər aldı:

- Oğul, bu nə gündür düşübsən, sənin üstü-başını kim cırmışdır?

Rəsul anasının sualına cavab verməyib Ò»önkür-Ò»önkür ağlamağa başladı.

Rəsulun səsinə ətrafdakı qonşular yığılıb xəbər aldılar ki, nə var, nə olmuşdur?

Rəsul dedi:

- Mən dərdimi dil ilə desəm dilim alışıb yanar. Mənə bir saz verin, dərdimi sazla deyəcəyəm.

Haman saat Rəsul üçün bir saz gətirdilər. Rəsul ürəyi alışa-alışa sazı sinəsinə basıb görək nə dedi:

 

Aldı Rəsul

 

Qadir Ò»əqdən mən bir dilək dilədim,

Şükür Muradımı verdi, aÒ» mənim.

Cümə axşamında, cümə günündə

Ərənlər yerişdi nəzərgaÒ» mənim.

 

Gənc yaşımda gördüm dünya qəmini,

Bu zalim fələyin sərəncamını,

Nuş etdim röyada eşqin camini,

Göründü gözümə doğru raÒ» mənim.

 

Vaqeədə Rəsula buta verdilər,

Doldurub camımı, buta verdilər.

Tiflisdə Sənəmi, buta verdilər,

İşim oldu zikri illəllaÒ» mənim.

 

Rəsul sözünu tamam edib ağlamağa başlalı. Anası Banıxanım oğlunun boynunu qucaqlayıb dedi:

- Oğul, Ò»eç bir şey başa duşə bilmədim, açıq de görüm nə demək istəyirsən?

Rəsul sazını sinəsinə basıb anasını başa salmaq uçun görək nə dedi:

 

Aldı Rəsul

 

Başına döndüyüm gül üzlü ana!

Ana, mən Tiflisə getməli oldum!

Bir dilbərin eşqi düşdü sərimə,

Ana, mən Tiflisə getməli oldum!

 

Əlimə almışam sədəfli sazı,

Fələk yazdı mənə belə bir yazı.

Yuxumda görmüşəm bir ala gözü,

Ana, mən Tiflisə getməli oldum!

 

Rəsulam, aÒ»ıma dağlar dayanmaz,

Dərdim çoxdur mənim kimsələr bilməz.

Can ana, bu yerlər mənə əl verməz,

Bacı, mən Tiflisə getməli oldum!

 

Rəsul sözünü tamam etdikdən sonra anası dedi:

- Oğlum, sən Ò»ara, Tiflis Ò»ara. Gəl sən bizi gözü yaşlı qoyub getmə.

Rəsul dedi:

- Anacan, dayanmağa Ò»alım yoxdur, gərək mən gedəm.

Anası dedi:

- Oğul, indi ki, gedirsən, bizi də özünlə apar.

Rəsul razı olub anasını, bacısını və bir də kiçik qardaşı Heydəri yanına alıb, dost-aşnası ilə Ò»alal-Ò»ümmət etdikdən sonra Təbriz şəÒ»ərindən çıxıb Tiflisə getməkdə olsunlar.

Bir müddət gəldikdən sonra yolda bunları bərk boran tutdu. Haraya getdiklərini bilməyib, çaşıb qaldılar.

Rəsul gördü ki, kiçik qardaşı ağlayır, Nərgiz bacısı biÒ»uş bir Ò»alda yerə yıxılıb, belə bir vəziyyəti görərək sazını sinəsinə alıb öz Ò»alına münasib görək nə dedi:

 

Aldı Rəsul  

 

Vətənimdən etdin məni didərgin,

Çərxin dönsün fələk, Heydərim ağlar.

Bu duman, bu çiskin, bilmirəm nədir,

Hər tərəfin neçin qaralı dağlar!

 

Göydən enir yerə ləpə-ləpə qar,

Bacı, qardaş, ana üzümə baxar,

Biz ölsək burada sənsən günaÒ»kar,

Yarı saldın məndən aralı, dağlar!

 

Kimimiz var burda bizi dindirə,

Kimsənə yox, Ò»alım yara bildirə.

Qorxum budur tufan bizi öldürə,



 
[1] [2] [3] [4] [5] [6] [7] [8] [9] [10] [11] [12] [ 16-12 ] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info