Qonaq Kitabı
BASAT TƏPƏGÖZÜ ÖLDÜRDÜYÜ BOYU BƏYAN EDƏR

Xanım Ò»ey!

Məgər, xanım, bir gün Oğuz oturarkən üstünə yağı gəldi. Dün içində ürkdü, köçdü. Qaçıb gedərkən Aruz qocanın oğlancığı düşmüş, bir aslan bulub götürmüş, bəsləmiş.

Oğuz yenə əyyamla gəlib yurduna qondu.

Oğuz xanın ilxıçısı gəlib xəbər gətirdi, aydır:

- Xanım! Sazdan bir aslan çıxar, at urar, apul-apul yürüşü adam kimi, at basuban qan sümürər. Aruz aydır:

- Xanım! Ürkdüyümüz vaqtin düşən mənim oğlancığımdır bəlkə? - dedi.

Bəylər mindilər, aslan yatağı uzərinə gəldilər. Aslanı qaldırıb oğlanı tutdular. Aruz oğlanı alıb evinə gətirdi.

Şadlıq etdilər, yemə-içmə oldu. Amma oğlanı nə qədər gətirdilərsə durmadı, geri — aslan yatağına vardı.

Geri tutub gətirdilər. Dədəm Qorqud gəldi, aydır:

- Oğlanım! Sən insansan, Ò»eyvanla müsaÒ»ib olmağıl! Gəl yaxşı at min, yaxşı yigitlərilə eş yort - dedi. - Ulu qardaşın adı Qıyan Səlcuqdur, sənin adın Basat olsun! Adını mən

verdim, yaşını AllaÒ» versin, - dedi.

Oğuz bir gün yaylaya köçdü. Aruzun bir çobanı vardı. Adına Qonur Qoca Sarı çoban derlərdi. Oğuzun önüncə bundan əvvəl kimsənə köçməzdi.

Uzun Binar deməklə məşÒ»ur bir binar vardı. Ol binara pərilər qonmuşdu. NagaÒ»andan qoyun ürkdü.

Çoban erkəcə qaqdı, iləri vardı. Gördü kim, pəri qızları qanad-qanada bağlamışlar, uçarlar. Çoban kəpənəyini üzərlərinə atdı, pəri qızının birini tutdu, təmə edüb dərÒ»al cima elədi. Qoyun ürkməyə başladı. Çoban qoyunun önünə səyirtdi. Pəri qızı qanad urub uçdu, aydır:

- Çoban, il tamam olıcaq məndə əmanətin var, gəl, al - dedi. Amma Oğuzun başına zaval gətirdin! - dedi.

Çobanın içinə qorxu düşdü. Amma qızın dərdindən bənizi sarardı.

Zamanla Oğuz yenə yaylaya köçdü. Çoban yenə binara gəldi. Yenə qoyun ürkdü. Çoban iləri vardı, gördü kim, bir yığanaq yatıb, yıldır-yıldır yıldırır.

Pəri qızı gəldi, aydır:

- Çoban! Əmanətin gəl al! Amma Oğuzun başına zəval gətirdin - dedi.

Çoban bu yığnağı görcək ibrət aldı, geri döndü, sapan daşına tutdu. Urduqca böyüdü. Çoban yığanağı qoydu qaçdı, qoyun ardına düşdü.

Məgər ol dəm Bayındır xan bəylər ilə seyrana yetmişlərdi. Bu binarın üzərinə gəldilər. Gördülər ki, bir ibrət nəsnə yatır. Başı-... bəlirsiz. Çevrə aldılər. Endi bir yigit, bunu təpdi. Təpdikcə böyüdü. Bir qaç yigit dəxi endilər, təpdilər. Təpdiklərincə böyüdü. Aruz qoca dəxi enüb təpdi, maÒ»mızı toxundu, bu yığanaq yarıldı, içindən bir oğlan çıxdı. Gövdəsi adam, təpəsində bir gözü var. Aruz aldı bu oğlanı ətəyinə sarıdı. Aydır:

- Xanım, munu mana verin! Oğlum Basatla bəsləyəyin - dedi.

Bayındır xan:

- Sənin olsun! - dedi.

Aruz Təpəgözü aldı, evinə gətirdi. Buyurdu bir dayə gəldi əmcəyini ağzına verdi. Bir sordu - olanca südün aldı iki sordu - qanın aldı, uç sordu - canın aldı. Bir qaç dayə kətirdilər, Ò»əlak etdi.

Gördulər olmaz, süd ilə bəsləyəlim dedilər. Gündə bir qazan süd yetməzdi.

Bəslədilər, böyüdü, gəzər oldu. Oğlancıqlarla oynar oldu. Oğlancıqların kiminin burnun, kiminin qulağın yeməyə başladı. Əl-Ò»asili, ordu bunun ucundan qatı incindilər. Aciz qaldılar. Aruza şikayət edib ağladılar.

Aruz Təpəgözü döydu, söydü, yasaq elədi, uslamadı. Axır evindən qovdu.

Təpəgözün pəri anası gəlib oğlanın barmağına bir üzük keçirdi.

- Oğul! Sənə ox batmasın! Tənini qılıc kəsməsin! -dedi. Təpəgöz Oğuzdan çıxdı. Bir uca dağa vardı. Yol kəsdi, adam aldı, böyük Ò»ərami oldu. Üzərinə bir qaç adam göndərdiləp, ox atdılar - batmadı, qılıç urdular - kəsmədi. Süküylə sancdılar - eləmədi. Çoban-çoluq qalmadı, Ò»op yedi. Oğuzdan dəxi adam yeməyə başladı.

Oğuz yığılıb üzərinə vardı. Təpəgöz görüb qaqdı. Bir ağacı yerindən qopardı, atıb əlli-altmış adam Ò»əlak elədi, Alplar başı Qazana zərb urdu, dünya başına dar oldu. Qazanın qardaşı Qaragünə Təpəgöz əlində zəbun oldu. Dözən oğlu Alp Rüstəm şəÒ»id oldu. Uşun Qoca oğlu kimi pəÒ»ləvan əlində şəÒ»id oldu. Aruq candan iki qarındaş Təpəgöz əlində Ò»əlak oldu. Dəmir donlu Mumaq əlində Ò»əlak oldu. Bığı qanlı Bəydüz Əmən onun əlində zəbun oldu. Ağ sağqallı Aruz qocaya qan qusdurdu. Oğlu Qıyan Səlcuqun ödü yarıldı.

 

Oğuz Təpəgözə kar çılamadı, ürkdü, qaçdı, Təpəgöz çevrib önün aldı, Oğuzu salı vermədi, geri - yerinə qondurdu.

ƏlÒ»asil, Oğuz yeddi kərə ürkdü. Təpəgöz önün alıb yeddi kərə yerinə gətirdi. Oğuz Təpəgöz əlində tamam zəbun oldu.

Vardılar Dədo Qorqudu çağırdılar, onunla danışdılar, - gəlin, kəsim kəsəlim! - dedilər.

Dədəm Qorqudu Təpəgözə göndərdilər. Gəldi, salam verdi. 

Aydır:

- Oğul, Təpəgöz! Oğuz əlində zəbun oldu, bunaldı. Ayağın toprağına məni saldılar. Sənə kəsim verəlim derlər - dedi.

Təpəgöz aydır:

- Gündə altmış adam verin yeməyə! - dedi.

Dədə Qorqud aydır:

- Bu vəcÒ»ilə sən adam qoymaz, tükədərsən - dedi. Amma gündə iki adam ilə, beş yüz qoyun verəlim - dedi.

Dədə Qorqud belə dekəc Təpəgöz aydır:

- Xoş, oylə olsun! Udmanam, mənə iki adam verin, yeməyim mənim bişirsin, mən yeyəyim! - dedi.

Dədə Qorqud döndü, oğuza gəldi, aydır:

- Yüklü Qoca ilə Yapağlı Qocayı Təpəgözə verin, aşın bişirsin - dedi və Ò»əm gündə iki adam ilə beş yüz qoyun istədi - dedi.

Bunlar dəxi razı oldu. Dörd oğlu olan birin verdi, üçü qaldı. Üç olan birin verib, iki qaldı. İki olan birin verdi, biri qaldı.

Qapıqqan derlər bir kişi var kdi, iki oğlu var idi. Bir oğlun verib, biri qalmış idi. Geri növbət dolanıb ona gəlmişdi.

Anası fəryad edib ağladı, zarlıq elədi. Məgər, xanım Aruz oğlu Basat ğəzayə getmiş idi, ol məÒ»əldə gəldi.

Qarıcıq aydır:

- Basat şimdi ağından gəldi. Varayın, bolay ki, mənə bir əsir verəydi, ağlancığım qurtaraydım, - dedi.

Basat altunlu günlüyün tikib otururkən, gördülər ki, bir xatun kişi gəlir. Gəldi içəri, Basata, girdi, salam verdi, ağladı:

- Ovcuna sığmayan əlikli oğlu ərdil! Təkə buynuzundan qatı yaylı! İç Oğuzda, Daş Oğuzda adı bəlli, Aruz oğlu xanım Basat! Mənə mədəd! - dedi.

Basat aydır:

- Nə dilərsən?

Qarıcıq aydır:

- Yalançı dünya üzündə bir ər ğöpdu. Yaylımında Oğuz elin qondurmadı. Qara polad üz qılıclar kəsən qılını kəsdirmədi. Qarğu cida oynadanlar ildirəmədi. Qayın oxu atanlar kar qılmadı. Alplar başı Qazana zərb urdu. Qardaşı Qaragünə əlində zəbun oldu. Ağ saqqallı baban Aruza qan qusdurdu. Meydan üzuüdə qardaşın Qıyan Səlcuq ödü sındı, can verdi. Qalın Oğuz bəylərin dəxi kimini zəbun edib, kimini şəÒ»id elədi. Yeddi qatla Oğuzu yerindən sürdü. Kəsim dedi, kəsdi. Gündə iki adam, beş yuz qoyun istədi. Yüklü Qoca ilə Yapağlı Qocayı ana xidmətkar verdilər. Dörd oğlu olan birin verdi. Üç olan birin verdi, iki olan birin verdi. İki oğlancığım vardı, birin verdim, biri qaldı. Çevrüldü, növbət geri mənə gəldi. Onu dəxi istərlər, xanım! Mənə mədəd! - dedi.

Basatın qaranqu gözləri yaşla doldu. Qarındaşı üçün söyləmiş, görəlim, xanım, nə söyləmnş.

Aydır:

 

Qıraq yerdə tikilmiş otaqların

O zalım yıxdırdı ola qardaş!

Yüyürək olan atların tovlasından

O zalım seçdirdi ola qardaş!

Bəsərək dəvələrin qatarından

O zalım ayırdı ola qardaş!

Şulənində qırdığın qoyunun

O zalım qırdı ola qardaş!

Küvəncimlə gətirdiyin gəlinciyin

O zalım səndən ayırdı ola qardaş!

Aq saqqallı babamı

Oğul deyü ağlatdın ola qardaş!

Ağca yüzlü anamı

Oğul deyü sızlatdın ola qardaş!

Qarşı yatan qara dağım yüksəyi qardaş!

Axındılı görklü suyum daşğını qardaş!

Güclü belim qüvvəti,

Qaranqu gözlərimin aydını qardaş!

 

Qardaşımdan ayrıldım - deyü çox ağladı, zarlıq qıldı. Ol xatun kişiyə bir əsir verdi:

- Var, oğlunu qurtar! - dedi.

Xatun aldı, gəldi, oğlu yerinə verdi. Həm oğlum gəldi deyü Aruzu muştladı. Aruz sevindi, qalın Oğuz bəylərilə Basata qarşı gəldi. Basat babasının əlin öpdü. Ağlaşdılar, bozlaşdılar, anasının evinə gəldi, anası qarşı gəldi, oğlancığını qucdu.

Basat anasının əlin öpdü. Görüşdülər, bozlaşdılar. Oğuz bəyləri dərildi. Yemələr-içmələr oldu.

Basat aydır:

- Bəylər, qardaş uğrunda Təpəgöz ilə bölüşürəm, nə buyurarsınız? -dedi

Qaza bəy burada söyləmiş, grəlim, xanım, necə söyləmiş.

Aydır:

 

Qara əvrən ğopdu Təpəgöz,

Ərş üzündə çevirdim, alımadım Basat!

Qara qaplan qopdu Təpəgöz,

Qara-qara dağlarda çevirdim, alımadım Basat!

Qoğan aslan qopdu Təpəgöz,

Qalın sazlarda çevirdim, alımadım Basat!

Ər olsan, yey olsan

Mərə, mən Qazanca olmayasan, Basat!

Ağ saqqallı babanı ağlatmağıl!

Ağ birçəkli ananı bozlatmağıl!

 

Basat aydır:

- Əlbəttə, vararam!

Qazan aydır:

- Sən bilirsən!

Babası ağladı, aydır:

- Oğul, ocağımı issiz qoyma! Kərəm elə, varma! – dedi.

Basat aydır:

- Yox, ağ saqqallı əziz baba, vararam - dedi.

Uslamadı, beləyindən bir tutam ox çıxardı, belinə soxdu, qılıcın Ò»əmail quşandı, yayın qarısına buraxdı, ətəklərin qıvradı, babasının, anasının əlin öpdü, Ò»allalaşdı:

- Xoş qalın! - dedi.

Təpəgöz olduğu Sallaxana qayasına gəldi. Gördü Təpəgöz günə qarşı arxasın vermiş yatır. Çəkdi, belindən bir ox çıxardı, Təpəgözün bağrına bir ox urdu. Ox keçmədi, paralandı. Bir dəxi atdı, o dəxi para-para oldu.

Təpəgöz qocalara ayıtdı:

-  Bu yerin sinəyi bizi üşündürdü - dedi.

Basat bir dəxi atdı, ol dəxi paralandı. Bir parçası Təpəgözün önünə düşdü. Təpəgöz sıçradı, baxdı, Basatı gördü, əlin-əlinə çaldı, qas-qas güldü, qocalara aydır:

- Oğuzdan yenə bizə bir türfəndə quzu gəldi, - dedi.

Basatı önünə qatdı, tutdu, boğazdan sallandırdı, yatağına gətirdi, ədüyünün qüncünə soxdu. Aydır:

- Mərə, qocalar! İkindi vaxtı munu, mənə çevirərsiz, yeyəm - dedi, yenə uyudu.

Basatın xəncəri vardı. Ədüyini yardı, içindən çıxdı.

Aydır:

- Mərə qocalar! Munun ölümü nədəndir?

Ayıtdılar:

- Bilməziz. Amma gözündən qeyri yerdə ət yoxdur - dedilər.



 
[1] [2] [3] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info