Qonaq Kitabı
İNDİ

Qəm əlindən şikəstəyəm, ovraqam,

Dilim eylər nalə indi, zar indi,

Xeyli vaxtdır cəmalına müştağam,

Soruş indi, danış indi, yar, indi.

 

Bizim yerdə naz çəkməyə tab olmaz,

VallaÒ», Ò»üsnün kimi maÒ»itab olmaz,

Şuxluğuyla məmələrə bab olmaz,

Narınc indi, turunc indi, nar indi.

 

Mənim yarım illərətən sağ ola,

Dörd çövrəsi bexişt ola, bağ ola,

Nə Ò»əddi var sədrin kimi ağ ola,

Kağız indi, bəyaz indi, qar indi.

 

Bülbül olan Ò»ərgiz dönməz gülündən,

Dindirərsən bal tökülər dilindən,

Yeddi yerdən sarmaşıbdır belindən,

Xəbərdar ol, səni çalar mal indi.

 

Mən Qasımam, miskin-miskin baxaram,

Ümman olub dəryalara axaram,

AÒ» çəkəndə yandırıban yaxaram,

Dolanmasın gül yanına xar indi.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info