Qonaq Kitabı
OLMAZ

Dəli könül, nə divanə gəzirsən,

Bivəfa dilbərdən sənə yar olmaz,

Düz çıxmaz ilqarı, əÒ»di-peymanı,

Hərcayıda namus, qeyrət, ar olmaz.

Öz vermə nadana, sirr vermə pisə,

Axır qəlbin ya inciyə, ya küsə,

Ot bitər kök üstə, əsli nə isə,

Yovşan bəsləməklə çəmənzar olmaz.

 

Vəfalıya əmək çəksən itirməz,

Bədəsil nəsiÒ»ət, öyüd götürməz,

Qabaq tağı tər şamama bitirməz,

Göy söyüddə Ò»eyva olmaz, nar olmaz.

 

Təklif olunmamış blr yerə varma,

Nər olmaz meydanda Ò»ər bığıburma,

Seyraqıb adama sən yaxın durma,

Xain çıxar, onda düz ilqar olmaz.

 

Xəstə Qasım günü keçmiş qocadı,

Gələn bəzirgandı, gedən xocadı,

“Sərv ağacı Ò»ər ağacdan ucadı,

Əsli qıtdı, budağında bar olmaz”.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info