Qonaq Kitabı
YAXŞIDI

Dəli könül, məndən sənə əmanət,

Demə bu dünyada qalım yaxşıdı,

Bir gün olar, qoÒ»um, qardaş yad olar,

Demə ulusum var, elim yaxşıdı.

 

Bir məclisə varsan özünü öymə,

Şeytana bac verib, kimsəyə söymə

Quvvətli olsan da yoxsulu döymə,

Demə ki, zorluyam, qolum yaxşıdı.

 

Qoçaqdan olubsan, qoçaq olgunan,

Qadadan, bəladan qaçaq olgunan,

Aşıq ol, comərd ol, alçaq olgunan,

Demə varım çoxdur, pulum yaxşıdı.

 

Xəstə Qasım, kimə qılsın dadını?

Canı çıxsın, özü çəksnn odunu,

Yaxşı igid yaman etməz adını,

Çünki yaman addan ölüm yaxşıdı.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info