Qonaq Kitabı
GÜLÜ MƏNDƏN ALINCA

Ay ariflər, bir tərlanım uçubdur,

Sağ əlimdən sol əlimə alınca.

Onu tutan xeyrü-bəÒ»rin görməsin,

Mən yazığın naləsi var dalınca.

 

Gümüş kəmər bağlayıbdır belinə,

Danışdıqca mayıl oldum dilinə,

Gül uzatdım nazlı yarın əlinə,

Canım aldı, gülü məndən alınca.

 

Alimdən dərs aldım əlif-bey üçün,

SuraÒ»ilər düzülübdür mey üçün,

Dəli könül, qəm çəkirsən nə üçün,

Qəmli günün şad günü var yanınca.

 

Xəstə Qasım vədə verdi yüz ilə,

Yaşılbaşlar göldən-gölə düzülə,

Bir igid ki, qatarından üzülə,

Ölüm yeydir, bu dünyada qalınca.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info